Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml emulsiyanın tərkibində 0,5 mq (0,5 mq/ml) (0,05%) difluprednat
(mikronizəedilmiş) vardır.
Digər oftalmoloji kortikosteroidlərlə olduğu kimi, epitelial herpes simpleks keratiti (dendritik keratit), inək çiçəyi və suçiçəyi daxil olmaqla, buynuz qişanın və konyunktivanın aktiv virus xəstəliklərinin əksəriyyətində, həmçinin gözün və göz strukturlarının mikobakterial infeksiyalarında və göbələk xəstəliklərində DİFED-nun istifadə edilməsi əks göstərişdir.
Teratogen təsirləri
Hamiləlik kateqoriyası – C.
Difluprednatın gündə 1-10 mq/kq dozada orqanogenez zamanı dovşanlara dərisi altına istifadə edildiyi zaman embriotoksik (embrionun bədən kütləsinin azalması və embrional sümükləşmənin ləngiməsi) və teratogen (damağın yarılması və skelet anomaliyaları) olduğu göstərilmişdir. Bu təsirlər üçün müşahidə edilməyən effekt səviyyəsi (NOEL) gündə 1 meq/kq olmuşdur, gündə 10 mq/kq isə döllər və hamilə qadınlar üçün zəhərli doza diapazonunda eyni vaxtda aşkar edilən teratogen doza hesab edilmişdir. Orqanogenez zamanı siçovullarda dərialtı 10 mq/kq dozanın istifadəsi heç bir reproduktiv toksikliyə səbəb olmamış və ana üçün toksik olmamış
dır. Siçovullarda gündə 100 mq/kq dozada dərialtı istifadə edildikdən sonra dölün bədən kütləsində azalma və sümükləşmənin gecikməsi və həmçinin, boğaz dişilərdə bədən kütləsi artımına təsir müşahidə edilmişdir.
Difluprednatın bu dozasını DİFEDnun gündəlik insan dozalarına ekstrapolyasiya etmək çətindir, çünki DİFED minimal sistem absorbsiya ilə yerli istifadə olunur və reproduktiv heyvan tədqiqatlarında difluprednatın qan səviyyəsi ölçülməyib. Lakin, insan hamiləliyi zamanı difluprednatın istifadəsi qiymətləndirilməyib və onun zərərli təsir göstərə bilə-cəyini istisna etmək mümkün olmadıöı üçün DİFED hamiləlik dövründə yalnız potensial fayda, embrion və ya döl üçün potensial riskdən üstün olduğu hallarda istifadə edilməlidir.
Laktasiya dövrü
Kortikosteroidlərin yerli oftalmoloji istifadəsi ana südündə onların aşkar edilə bilən miqdarda olması üçün kifayət qədər sistem absorbsiya ilə nəticələnə biləcəyi məlum deyil. Sistem absorbsiya olunan kortikosteroidlər insan südündə aşkar edilir və onlar böyüməni dayandıra, endogen kortikosteroid istehsalına müdaxilə edə bilər və ya digər arzuolunmaz təsirlərə səbəb ola bilər. DİFED südəmər uşağı olan qadına verildiyi zaman diqqətli olmaq lazımdır.
Katarakt əməliyyatından sonra iltihabın müalicəsi üçün 0 ilə 3 yaş arasında olan 79 uşaq pasiyentdə (39 Difluprednat; 40 prednizolon asetat) Difluprednat 3 aylıq, çoxmərkəzli, ikiqat kor sınaqda qiymətləndirilmişdir. Difluprednatın prednizolon asetatın 1%-li oftalmoloji suspenziyası ilə müqayisəsi zamanı uşaq pasiyentlərdə oxşar təhlükəsizlik profili müşahidə edilmişdir.
Göz cərrahiyyəsi
Əməliyyatdan 24 saat sonra başlayaraq və əməliyyatdan sonrakı dövrün ilk 2 həftəsində davam etdirməklə gündə 4 dəfə zədələnmiş gözün konyunktival kisəciyə bir damcı damızdırılır, sonra bir həftə ərzndə gündə 2 dəfə, sonra da müalicəyə cavabdan asılı olaraq damızdırılır.
Endogen ön uveit 14 gün ərzində gündə 4 dəfə zədələnmiş gözün konyunktival kisəciyinə bir damcı damızdırılır, sonra klinik göstərişlərə müvafiq olaraq, damcılar azaldılır.
Pasiyentə məsləhət üçün məlumat
Çirklənmə riski
Bu preparat qablaşdırmada sterildir. Pasiyentlərə tövsiyə edin ki, damcıladıcının ucunun hər hansı səthə toxunmasına yol verməsinlər, belə ki, bu, emulsiyanın çirklənməsinə səbəb ola bilər. Cərrahi əməliyyatla bağlı istifadə olunan yerli istifadə üçün göz damcılarını hər iki göz üçün eyni flakondan istifadə edilməsi tövsiyə edilmir.
İkincili infeksiya riski
Ağrı inkişaf edərsə və ya qızartı, qaşınma və ya iltihab ağırlaşarsa, xəstələrə həkimə müraciət etmələrini tövsiyə edin.
Kontakt linzaların taxılması
Kontakt linzaları taxarkən göz(lər)ə DİFED damızdırılmamalıdır. DİFED-nun damızdırılmasından əvvəl xəstələrə kontakt linzaları çıxarmağı tövsiyə edin. DİFED-nun tərkibində olan konservant (sorbit turşusu) yumşaq kontakt linzalar tərəfindən udula bilər. DİFED-nun damızdırılmasından 10-15 dəqiqə sonra linzalar yenidən taxıla bilər.