Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq (1 mq/ml) diklofenakın natrium duzu vardır Köməkçi maddələr: makroqolqliserol gənəgərçək yağı, trometamol, dinatrium edetat dihidrat, mannitol, benzalkonium xlorid, xlorid turşusu, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Kataraktanın əməliyyatı zamanı peroperativ miozun inhibə edilməsi (diklofenak midriatik xüsusiyyətlərə malik deyil və standart midriatik maddələri əvəz etmir). − Kataraktanın əməliyyatında cərrahi müdaxilədən sonrakı iltihabın müalicəsi. − Eksimer FRK (Fotorefraktiv Keratektomiya) əməliyyatından və ya təsadüfən nüfuz etməyən travmadan sonra gözün buynuz qişasının epitelial qüsurları ilə əlaqəli yaranan okulyar ağrı və diskomforta nəzarət. - Arqon Lazer trabekuloplastikasından (ALT) sonrakı iltihaba nəzarət. − Strabizmin (çəplik) cərrahiyyəsindən sonra iltihabi proseslərin və diskomfortun müalicəsi. − Radial keratotomiyadan sonra okulyar ağrı və diskomfortun müalicəsi.
Əks göstərişlər:
Preparatın aktiv maddəsinə və ya digər komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq. Digər QSİƏM kimi, asetilsalisil turşusu və ya digər prostaqlandin sintetaza inhibəedici aktivliyə malik iltihabəleyhinə maddələrin tətbiqi nəticəsində bronxial astma tutmaları, övrə və ya kəskin rinit müşahidə edilən pasiyentlərə Diklof təyin etmək olmaz. Cərrahi prosedurlar zamanı preparatın intraokulyar istifadəsi də həmçinin, əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Diklof 1mq/ml göz damcısı məhlulunun hamiləlik zamanı istifadəsinə dair məlumatlar yoxdur. Heyvanlar üzərində diklofenakla aparılan tədqiqatlar reproduktiv toksikliyin olmasını göstərmişdir. 1-ci və 2-ci trimesterlər: Heyvanlar üzərində aparılmış tədqiqatlar bu günə qədər döl üçün heç bir risk göstərməmişdir, ancaq hamilə qadınlarda nəzarət edilən araşdırmalar mövcud deyildir. 3-cü trimester: Diklof arterial axacağın vaxtından əvvəl bağlanma riski və yığılmaların mümkün inhibə edilməsi səbəbi ilə istifadə edilməməlidir. Laktasiya Diklofenak ana südünün tərkibinə nüfuz edir. Lakin Diklofun terapevtik dozalarda istifadəsi zamanı anasüdü ilə qidalanan uşağa heç bir təsiri gözlənilmir. Gözlənilən fayda, mümkün riskləri üstələmədiyi halda, südvermə zamanı gözə damızdırılan diklofenakın istifadəsi tövsiyə edilmir.
Diklof göz damcıları məhlulu yalnız konyunktival kisəyə instilyasiya üçün nəzərdə tutulmuşdur. Heç vaxt subkonyunktiv olaraq yeridilməməlidir və birbaşa gözün ön kamerasına daxil edilməməlidir.