Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Dikloftil 0,1 % 5 ml göz damlası

Məhsul Kodu : 111-05531
İstehsalçı ölkə: Italiya
7,00 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DİKLOFTİL, 0,1% göz damcısı, məhlul

Dikloftil tərkibi

 Təsiredici maddə:   1 ml məhlulun  tərkibində 1 mq diklofenak natrium vardır. Köməkçi maddələr: 5 ml-lik flakon: arginin, borat turşusu, boraks, povidon K25, makroqol  qliserol risinoleat, benzalkonium xlorid, dinatrium edetat, inyeksiya üçün su. 0,5 ml birdozalı konteyner: arginin, borat turşusu, boraks, povidon K25,  makroqol qliserol risinoleat, dinatrium edetat, inyeksiya üçün su. 

İstifadəsinə göstərişlər:

 • Gözün iltihabı və ağrısı (o cümlədən qeyri-infeksion mənşəli, cərrahi əməliyyatlardan və travmalardan sonra, konyunktiva və buynuz qişanın posttravmatik iltihabı), katarakta əməliyyatı zamanı miozun qarşısını almaq məqsədilə • Büllurun xaric edilməsi və süni linzanın implantasiyası ilə əlaqədar baş verən makulyar ödemin  cərrahi əməliyyatdan əvvəl və sonra profilaktikası  • Eksimer lazer istifadəsi zamanı baş verən ağrı sindromu • Keratotomiyadan sonrakı fotofobiya

Əks göstərişlər:

 Dərman vasitəsinin tərkibindəki hər hansı bir maddəyə və ya  digər qeyri-steroid iltihabəleyhinə vasitələrə (asetilsalisil turşusu, indometasin və s.) qarşı təsdiq edilmiş yüksək həssaslıq. Digər qeyri-steroid iltihabəleyhinə vasitələr kimi, asetilsalisil turşusu və ya digər prostaqlandin sintetaza inhibitorların tətbiqi nəticəsində bronxial astma tutmaları, övrə və ya kəskin rinit müşahidə edilən xəstələrə diklofenakı təyin etmək olmaz. Uşaqlar və yeniyetmələr: 14 yaşından kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə yalnız həkim təyinatı ilə və müalicənin faydasının riskdən üstün olmasının qiymətləndirilməsindən sonra tətbiq edilməlidir. Hamiləliyin III trimesterində istifadə olunmamalıdır.

Dikloftil istifadə qaydası, dozası

 Dikloftil göz damcısı məhlulu yalnız konyunktiva boşluğuna damızdırılması üçün nəzərdə tutulub. Subkonyunktival və ya birbaşa gözün ön kamerasına istifadə edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.