Out Of Stock
Notify me when its in stockDoprokin-s tərkibi, 1 ml suspenziyanın tərkibində 1 mq domperidon, 4 mq simetikon vardır. Köməkçi maddələr: saxaroza, limon turşusu monohidrat, kristallaşmayan sorbitol məhlulu, natrium karmelloza, “Ananas” aromatizatoru, polisorbat 80, natrium metilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, titan dioksid, təmizlənmiş su.
Ürəkbulanma və qusma simptomlarının yüngülləşdirilməsi.
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; hipofizin prolaktin-sekresiyaedici şişi (prolaktinoma); mədə-bağırsaq qanaxması, mexaniki keçməməzlik və ya perforasiya, bu zaman mədənin hərəki funksiyasının stimulyasiyası təhlükəli ola bilər; orta və ağır dərəcəli qaraciyər funksiyasının pozulmaları; ürək ötürücülük intervallarının, xüsusən QTc məlum uzanması, elektrolit balansının əhəmiyyətli dərəcədə pozulmaları və ya yanaşı ürək xəstəlikləri, məsələn, durğunluq ürək çatışmazlığı; eyni vaxtda QT intervalını uzadan preparatlar ilə qəbulu; eyni vaxtda güclü CYP3A4 inhibitorları ilə istifadəsi (onların QT intervalını uzatması qabiliyyətindən asılı olmayaraq).
Hamilə qadınlarda domperidonun istifadəsi barədə məhdud postmarketinq məlumatlar mövcuddur. Heyvanlar üzərində tədqiqatlar ana orqanizmi üçün toksiki, yüksək dozalarda reproduktiv toksikliyi göstərmişdir. İnsan üçün potensial riski məlum deyildir. Beləliklə, Doprokin-S suspenziyanın hamiləlik zamanı istifadəsi yalnız o zaman mümkündür ki, onun ehtimal edilən terapevtik effekti ilə əsaslanmış olsun. Domperidon ana südü ilə xaric olunur, və ana südü ilə qidalanan körpələr ananın qəbul etdiyi dozanın 0,1%-dən az qəbul edirlər. Ana südündən keçən preparatın təsirindən sonra əlavə təsirlərin yaranması istisna olunmur, xüsusən ürək tərəfindən. Uşaq üçün südlə qidalanmanın üstünlükləri və qadın üçün terapiyanın faydası nəzərə alınmaqla ana südü ilə qidalandırmanın dayandırılması və ya domperidon ilə terapiyanın dayandırılması/saxlanması barədə qərar qəbul etmək lazımdır. Südəmər uşaqlarda QTc intervalının uzanması riski faktorları olduqda ehtiyatlı olmaq lazımdır.
Daxilə qəbul edilən suspenziya. İstifadədən əvvəl suspenziya olan flakonu çalxalamaq lazımdır. Suspenziyanın dozalanması üçün ölçü stəkanından istifadə olunur, stəkan bir tərəfindən 2,5 ml, 5 ml, 7,5 ml, 10 ml, 15 ml və 20 ml, digər tərəfindən isə - 1,25 ml, 6,25 ml, 8,75 ml, 11,25 ml, 13,75 ml və 16,25 ml ilə şkalaya bölünmüşdür. Preparatı ürəkbulanmanın və qusmanın nəzarət olunması üçün lazım olan minimal effektiv dozada maksimal qısa müddət ərzində istifadə etmək lazımdır. Doprokin-S yeməkdən əvvəl qəbul edilməsi tövsiyə olunur, onun yeməkdən sonra qəbulu zamanı domperidonun absorbsiyası ləngiyir. Xəstələr çalışmalıdır preparatı planlaşdırılmış vaxtında qəbul etsinlər. Dozanın buraxılması zamanı növbəti dozanı cədvələ uyğun şəkildə qəbul etməlidirlər, bununla belə buraxılan dozanın bərpası üçün dozanı ikiqat artırmaq olmaz. Bir qayda olaraq, müalicənin davametmə müddəti 1 həftədən çox olmur. Böyüklər və yeniyetmələr (12 yaş və yuxarı, bədən kütləsi 35 kq və daha artıq) 10 ml suspenziya gündə 3 dəfə; maksimal doza- gündə 30 ml. 12 yaşa qədər uşaqlar və bədən kütləsi 35 kq-dan az olan yeniyetmələr: Doza 0,25 ml suspenziya hər 1 kq bədən kütləsinə gündə 3 dəfə minimum 4-6 saat intervalla təşkil edir; maksimal doza – gündə 0,75 ml hər 1 kq bədən kütləsinə təşkil edir. Qaraciyər funksiyasının pozulması olan xəstələr: Doprokin-S orta və ağır dərəcəli qaraciyər funksiyasının pozulmaları zamanı əks göstərişdir. Qaraciyər funksiyasının yüngül pozulmaları zamanı dozanın korreksiyası tələb olunmur. Böyrəklərin funksiyasının pozulmaları olan xəstələr: Domperidonun yarımxaricolma dövrü böyrək funksiyasının ağır pozulmaları zamanı artdığı üçün təkrar istifadəsi zamanı preparatın qəbul tezliyi gündə 1-2 dəfəyə qədər azaldılmalıdır, pozulmaların ağırlığından asılı olaraq həmçinin dozanın azaldılması tələb oluna bilər. Uşaqlar: Baxmayaraq ki, nevroloji əlavə təsirlər nadir halda baş verir, kiçik yaşlı uşaqlarda onların inkişaf etməsi riski daha yüksək olur, belə ki, həyatın ilk aylarında metabolik funksiyalar və hematoensefalik baryer tam inkişaf etmiş olmur. Yenidoğulmuşlara, körpələrə və uşaqlara Doprokin-S preparatının dozasını çox dəqiqliklə hesablamaq lazımdır. Doza həddinin aşılması uşaqlarda ekstrapiramid pozğunluqlar yarada bilər, lakin belə dəyişikliklərin ehtimal olunan digər səbəblərini də nəzərə almaq lazımdır. Preparat bədən çəkisi 10 kq-dan yuxarı olan uşaqlarda pediatrik praktikada istifadə edilir (preparatın dozasını 2,5 ml az olmayaraq dozalara ayırma mümkünsüzlüyü səbəbindən).