Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq dorzolamid (dorzolamid hidroxlorid şəklində), 5 mq timolol (timolol maleat şəklində) vardır.
- Yüksəlmiş gözdaxili təzyiq; - açıqbucaqlı qlaukoma; - psevdoeksfoliat qlaukoma.
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - ağır böyrək çatışmazlığı (KK 30 ml/dəqiqədən az); - hiperxloremik asidoz; - sinus bradikardiyası; - II və III dərəcəli dərəcəli atrioventrikulyar blokada; - təzahürlü ürək çatışmazlığı; - kardiogen şok; - buynuz qişada distrofik proseslər; - bronxial astma (o cümlədən, anamnezdə); - ağciyərlərin ağır xroniki obstruktiv xəstəliyi; - burunun selikli qişasının ağır allergik iltihabı; - hamiləlik dövrü.
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatdan istifadə etdikdə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Preparatın istifadəsi zamanı əlavə təsirlərin yaranması mümkündür. Bu səbəbdən nəqliyyat vasitələrini və diqqət konsentrasiyası və cəld psixomotr reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
Yalnız yerli istifadə üçün nəzərdə tutulub. Dorzasopt zədələnmiş gözün konyunktivial kisəsinə sutkada 2 dəfə 1 damcı təyin edilir. Müalicə müddətini pasiyentin klinik vəziyyətindən asılı olaraq, həkim müəyyən edir. Digər oftalmoloji vasitələrin eyni vaxtda istifadəsi zamanı hər instillyasiya arasında fasilə 10 dəqiqədən az olmamalıdır.
Preparatı damızdırdıqdan sonra göz qapaqlarının 2 dəqiqəlik okklyuziyası zamanı onun sistem absorbsiyasının azalması baş verir ki, bu da, yerli təsirin güclənməsinə səbəb olur. Damcısalanın hər hansı səthə toxunmasından çəkinmək lazımdır, belə ki, bu, flakonun içərisindəki məhlulun mikrobla çirklənməsinin qarşısını alır. Digər oftalmoloji preparatla müalicədən Dorzasopta keçildiyi zaman həmin preparat adi gundəlik dozadan sonra təxirə salınır və ertəsi gün Dorzasoptla müalicəyə başlanılır.