Добавить в любимое
Делиться

Dropleks 15 ml N1 Flk

Код продукта : 111-15019
İstehsalçı ölkə : Türkiye
0 Комментарий Комментарий
7,97 AZN
КоллекцияЦена сигнализации

DROPLEKS, qulaq damcısı, 4 %-li fenazon və 1 %-li lidokain hidroxlorid məhlulu

DROPLEKS tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 45,52 mq fenazon, 11,38 mq lidokain hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Preparat böyüklərdə və uşaqlarda (yenidoğulmuşlar daxil olmaqla) yerli simptomatik müalicə və ağrıkəsici kimi aşağıdakı xəstəliklərdə istifadə olunur: - kəskin orta otit; - qripdən sonra ağırlaşmış otit; - barotravmatik otit; - posttravmatik otit.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - təbil zarının perforasiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Təbil zarı zədələnmədiyi halda preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dropleks nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir etmir.

DROPLEKS istifadə qaydası və dozası

Yalnız yerli istifadə üçün. Preparatı xarici qulaq keçəcəyinə 3-4 damcı olmaqla gündə 2-3 dəfə damızdırmaq lazımdır. Soyuq məhlulun qulaq seyvanına toxunmaması üçün istifadədən əvvəl flakon ovucun içəricində isidilir. Dropleksin istifadə müddəti 10 gündən çox olmamalıdır, bundan sonra təyin olunmuş dozaya düzəliş edilməlidir.

Фильтры продуктов
Код продукта поставщика:111-15019
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce