Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 10 ml məhlulun (1ampul) tərkibində 3 mq siproheptadin α-ketoqlyutarat (Qlyutadin) və 1 q arginin aspartat. Köməkçi maddələr:saxaroza, 70%-li sorbitol məhlulu (E-420), amarant rəngləyici (E-123), kalium sorbat, moruq konsentratı, xlorid turşusu, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Böyüklər və 2 yaşdan yuxarı uşaqlarda iştahasızlığın simptomatik müalicəsi.
Əks göstərişlər:
Preparatın tərkibinə daxil olan təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq; - İki yaşa qədər uşaqlar; - Laktasiya; - Hamiləlik; - Astmatik tutma; - Ağır böyrək və ya qaraciyər çatışmazlığı; - Monoaminoksidaza inhibitorları (MAOi) ilə müalicə alan xəstələr; - Qlaukoma, prostat vəzinin hipertrofiyası, porfiriya, sidiyin xaric olunmasının ləngiməsi, sidik kisəsi boynunun obstruksiya və piloroduodenal keçməzlik.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Dinamogen hamiləlik dövründə istifadə edilməməlidir. Siproheptadinin ana südü ilə xaric olunması barədə məlumat yoxdur; bu səbəbdən müalicə zamanı ana südü ilə qidalanma dayandırılmalı və ya Dinamogendən istifadə olunmamalıdır.
Böyüklər və 14 yaşdan yuxarı olan yeniyetmələr: tövsiyə olunan doza – bir peroral ampul 10 ml gündə 3 dəfə. Hər ampulun tərkibində 2 mq siproheptadin vardır, bu da gündəlik 6 mq siproheptadinə ekvivalentdir. Siproheptadinin sutkalıq dozası 16 mq artıq olmamalıdır. 2 yaşdan 6 yaşa qədər uşaqlar: bir peroral ampul 10 ml gündə 2 dəfə (bu da gündəlik 4 mq siproheptadinə ekvivalentdir). Siproheptadinin sutkalıq dozası 12 mq artıq olmamalıdır. 7 yaşdan 14 yaşa qədər uşaqlar və yeniyetmələr: tövsiyə olunan doza – bir peroral ampul 10 ml gündə 2 və ya 3 dəfə (bu da gündəlik 4 mq və ya 6 mq siproheptadinə ekvivalentdir). Siproheptadinin sutkalıq dozası 16 mq artıq olmamalıdır. Dinamogendən davamlı olaraq 8 həftədən artıq istifadə olunmamalıdır. Dərmanın qəbulu zamanı simptomların pisləşməsi və ya 4 həftədən sonra yaxşılaşma müşahidə olunmursa, o zaman müalicə dayandırılmalı və həkimə müraciət olunmalıdır. Qəbul qaydası Daxilə qəbul üçün. Ampullar əsas yeməkdən 30 dəqiqə əvvəl içilir.