Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrel (klopidoqrel hidrosulfat şəklində) vardır.
Aterotrombotik pozğunluqların 2-cili profilaktikası Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7-ci günündən başlayaraq 6 ay ərzində) keçirən və ya periferik arteriyaların xəstəliklərindən əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası. Kəskin koronar çatışmazlıq sindromu qeyd olunan yetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası: - asetilsalisil turşusu (AST) ilə kombinasiyada perkutan koronar müdaxilənin gedişində stentləşməyə məruz qalan pasiyentlər daxil olmaqla, ST seqmentinin yüksəlməsi qeyd olunmayan kəskin koronar çatışmazlığı sindromu (qeyri-stabil stenokardiya və ya Q dalğası olmayan miokard infarktı); - AST ilə kombinasiyada trombolitik müalicənin aparılması üçün müvafiq medikamentoz müalicə qəbul edən pasiyentlərdə ST seqmentinin yüksəlməsi ilə müşayiət olunan kəskin miokard infarktı. - pasiyentdə, qulaqcıqların fibrillyasiyası adlandırılan qeyri-müntəzəm ürək ritmi müşahidə olunduqda və pasiyent yeni trombların əmələ gəlməsinin və artıq mövcud trombların inkişaf etməsinin qarşısının alınması üçün iatifadə olunan “oral antikoaqulyantlar” adlandırılan preparatlardan (yəni, K vitaminin antaqonistlərindən) istifadə edə bilmədiyi halda. Pasiyentə izah etmək lazımdır ki, belə vəziyyətlərdə asetilsalisil turşusunun və ya asetilsalisil turşusunun Egitromb® preparatı ilə kombinasiyasının istifadəsi ilə müqayisədə, “oral antikoaqulyantlar” daha effektivdir.
Pasiyent “oral antikoaqulyantlardan” istifadə edə bilmədikdə və pasiyentdə ağır qanaxmanın inkişaf etmə riski qeyd olunmadığı halda, həkim pasiyentə Egitromb® preparatı tabletlərini və asetilsalisil turşusunu təyin etməlidir.
Aşağıda göstərilən hallarda Egitromb® preparatını istifadə etmək olmaz - pasiyentdə klopidoqrelə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya qeyd olunduqda; - pasiyentdə hazırda qanaxmanın baş verməsinə səbəb olan xəstəlik, məsələn, mədə xorası və ya baş beyinə qansızma qeyd olunduğu halda; - pasiyentdə ağır qaraciyər xəstəliyi qeyd olunduğu halda. Yuxarıda göstərilən vəziyyətlərdən hər hansı birinin mövcudluğu ehtimal edildiyi halda, eləsə də, hər hansı digər şübhə meydana çıxdıqda, Egitromb® preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik Yaxşı olar ki, hamiləlik və laktasiya dövründə Egitromb® preparatından istifadə edilməsin. Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, preparatı qəbul etməzdən əvvəl bu barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Egitromb® preparatının istifadəsi zamanı hamiləlik baş verdikdə, dərhal həkimlə məsləhətləşmək lazımdır, belə ki, hamiləlik dövründə klopidoqrelin istifadəsindən çəkinmək məsləhət görülür. Laktasiya dövrü Bu preparatın qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Ana südü ilə qidalandırdıqda və bunu planlaşdırdıqda, preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Egitromb® preparatı uşaqların və yeniyetmələrin müalicəsi üçün nəzərədə tutulmayib.
Egitromb® preparatının nəqliyyat idarə etmək və ya mexanizmlərlə iş qabiliyyətinə təsir etməsi az ehtimal edilir.
Preparatı hər zaman həkim təyinatına ciddi riayət edərək qəbul etmək lazımdır. Hər hansı şübhə meydana çıxdığı halda, mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Böyüklər və yaşlılar Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7-ci günündən başlayaraq 6 ay ərzində) və ya periferik arteriyaların xəstəliyi zamanı: preparat sutkada 1 dəfə 75 mq dozada təyin olunur. ST seqmentinin qalxmaması ilə kəskin koronar sindrom (KKS) (qeyri-stabil stenokardiya və ya Q dişciksiz miokard infarktı): müalicə birdəfəlik 300mq dozada Egitromb® preparatı başlanılmalıdır.
Sonra 75 mq/sut dozada 75-100 mq/sut dozada asetilsalisil turşusu ilə birlikdə davam etdirilməlidir. Asetilsalisil turşusunun dozasının artırılması qanaxmanın yaranma riskini artırdığı üçün 100 mq-dan artıq qəbul edilməməlidir. ST seqmentinin qalxması ilə kəskin koronar sindrom (KKS): müalicə birdəfəlik 300mq dozada Egitromb® və asetilsalisil turşusu və trombolitiklərlə və ya tombolitiklərsiz başlanılmalıdır. Sonra 75 mq/sut dozada 75-100 mq/sut dozada davam etdirilməlidir.
75 yaşdan yuxarı xəstələrin Egitromb® ilə müalicəsini yükləmə dozası olmadan başlamaq lazımdır. Qarışıq terapiyaya simptomlar yarandıqdan sonra mümkün qədər tez başlanılır və ən azı 4 həftə ərzində davam etdirilir. Bu göstəriş zamanı klopidoqrel və asetilsalisil turşusunun birgə qəbulunun effektivliyi öyrənilməyib. Qulaqcıqların fibrilyasiyası (səyirici aritmiya) Klopidoqrel gündə bir dəfə 75mq dozada qəbul etmək lazımdır.
Klopidoqrel ilə kombinasiyada asetilsalisil turşusunun qəbuluna başlamaq və sonra davam etdirmək lazımdır (75-100mq/gün). Böyrək funksiyalarının pozulması Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə müalicə təcrübəsi məhduddur. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyalarının orta dərəcəli pozulmasından əziyyət çəkən hemorragik diatezin inkişaf etməsi ehtimal olunan pasiyentlərdə preparatın istifadə təcrübəsi məhduddur. Tabletlər daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.
Tabletləri qida qəbulundan asılı olmayaraq, hər gün sutkanın eyni vaxtında qəbul etmək olar. Egitromb® preparatını həkim tərəfindən təyin edilən müddət ərzində qəbul etmək lazımdır. Egitromb® preparatının qida və içkilərlə qəbulu Egitromb® preparatını qida qəbulundan asılı olmayaraq, qəbul etmək olar. Egitromb® tabletlərinin qəbulu unudulduqda Egitromb® preparatının qəbulu ötürüldukdə, lakin preparatın adi qəbul vaxtından 12 saat keçdiyi halda, tableti dərhal, daha sonra növbəti dozanı adi qəbul vaxtında qəbul etmək lazımdır.
12 saatdan artıq vaxt keçdikdə, növbəti doza adi vaxtda istifadə edilir. Ötürülən dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz. Egitromb® tabletlərinin qəbulu dayandırıldıqda Həkimin müvafiq göstərişi olmadan müalicəni dayandırmaq olmaz. Preparatın qəbulunu dayandırmazdan əvvəl həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Bu preparatın istifadəsinə dair əlavə sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.