Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq metiletilpiridinol hidroxlorid vardır.
Preparat aşağıdakı hallarda istifadə edilir:
iltihabın müalicəsi və profilaktikası və buynuz qişanın yanıqları; gözün ön kamerasının qansızmasının müalicəsi; yüksək dərəcəli miopatiya halında torlu qişanın distrofik dəyişiklikləri, diabetik retinopatiya; kontakt linzalardan istifadə zamanı buynuz qişanın müdafiəsi; yüksək intensivlikli işığın təsiri zamanı torlu qişanın müdafiəsi (lazer və günəş yanıqları, lazerokoaqulyasiya); yaşlı pasiyentlərdə skleraya qansızmanın profilaktikası və müalicəsi.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
Xüsusi göstərişlər və ehtiyat tədbirləri Digər oftalmoloji dərman vasitələrinin istifadəsinə ehtiyac olduqda, əvvəlki dərman vasitələri tam sorulduqdan sonra Emoproksu axırıncı damızdırmaq lazımdır (ən azı 10-15 dəqiqədən sonra).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Digər dərman vasitələrinin istifadəsi fonunda metiletilpiridinolun istifadəsi zamanı neqativ təzahürlər qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik dövründə Emoproksun istifadəsi əks göstərişdir. Laktasiya dövründə göstərişlər üzrə preparatın istifadəsi mümkündür (ehtiyatla).
Preparatın istifadəsindən sonra görmə itiliyi müvəqqəti itən pasiyentlər yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinməlidirlər.
Yalnız yerli istifadə edilir. Preparat gündə 2-3 dəfə 1-2 damcı konyunktival kisəyə damızdırılır. Müalicə kursunun müddəti xəstəliyin gedişindən (adətən 3-30 gün təşkil edir) asılıdır və həkim tərəfindən müəyyən edilir. Ehtiyac olduqda və yaxşı keçiricilik zamanı müalicə kursu 6 ayadək uzadıla bilər. Müalicə kursu ildə 2-3 dəfə təkrar edilə bilər. Flakonun möhtəviyyatının mikrobla çirklənməsinin qarşısını almaq üçün damcısalanın ucunun hər hansı səthə toxunmasından çəkinmək lazımdır. Uşaqlar Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Emoproks preparatının istifadəsinin effektivliyi və təhlükəsizliyi möəyyən edilməyib, bu səbəbə görə bu qrupdan olan pasiyentlərdə Emoproksu istifadə etmək məsləhət görülmür.