Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Enicil 0,005% 2,5 ml damla

Məhsul Kodu : 111-26230
İstehsalçı ölkə: Portuqaliya
12,04 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Enisil, 0,05 mq/ml göz damcısı 

Enisil tərkibi

Təsiredici maddə:   1 ml məhlulun tərkibində 0,05 mq latanoprost vardır.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 
− hamiləlik və laktasiya dövrü, hamiləliyin planlaşdırılması. 
Böyüklərdə  və  uşaqlarda aşağıdakı  hallar baş verdikdə  preparatdan istifadə etmək olmaz: 
− göz əməliyyatı keçirdikdə (kataraktanın əməliyyatı daxil olmaqla); 
− gözlərdə hər hansı problem olduqda (gözlərdə  ağrı, qıcıqlanma və ya iltihab, görmənin 
dumanlanması kimi hallar); 
− gözlərdə quruluq; 
− ağır asta və ya nəzarət edilməyən astma; 
− kontakt linzalardan istifadə edildikdə; 
− əvvəl və hazırda sadə herpes virusunun (HSV) gözdə törətdiyi infeksiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik, laktasiya  dövrü, hamiləliyin  ehtimal  olunması  və  ya  hamiləliyin  planlaşdırılması  
dövründə  preparatın  qəbulu  haqqında  həkimə  və  ya  əczaçıya  məlumat  vermək  lazımdır. 
Preparatı  hamiləlik  və  laktasiya  dövründə  istifadə  etmək  olmaz.

İstifadə qaydası və dozası 

Preparatı həkim təyinatı ilə istifadə etmək lazımdır. 
Preparatın istifadəsi ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. 
Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla) və uşaqlar üçün adi doza zədələnmiş gözə gündə 1 
dəfə 1 damcı təşkil edir. İnstillyasiyanı axşam vaxtı həyata keçirmək məsləhət görülür. Preparatı 
gün ərzində 1 dəfədən artıq istifadə etmək olmaz, belə ki, bu, müalicənin effektivliyinin 
azalmasına səbəb ola bilər. Preparatla müalicəni həkimin qərarı olmadan dayandırmaq olmaz. 
İstifadə qaydası 
1. Əlləri yumaq və rahat oturmaq lazımdır. 
2. Flakonun qapağı açılır (qapaq saxlanmalıdır). 
3. Zədələnmiş gözün alt göz qapağı barmağın köməyilə ehtiyatla aşağı dartılır. 
4. Flakonun ucu toxundurmamaq şərtilə gözə yaxınlaşdırırlır. 
5. Flakonu astaca elə sıxmaq lazmdır ki, gözə 1 damcı düşsün. Daha sonra alt göz qapağını 
buraxmaq lazımdır. 
  6. Barmaqla  zədələnmiş  gözün  küncünə  basmaq  və  gözü  yummaq  şərtilə  1 dəqiqə  
saxlamaq  lazımdır. 
7. Həkim  təyinatı  olduqda  bu  addımları  digər  gözdə  də  etmək  lazımdır. 
8. Qapaqla  flakonu  bağlamaq  lazımdır. 
Enisil ilə eyni vaxtda digər göz damcıları istifadə edildikdə, hər instillyasiyadan sonra ən azı 5 
dəqiqə gözləmək lazımdır. 
Enisil preparatının qəbulu unudulduqda 
Preparatı öz vaxtında adi qaydada istifadə etmək lazımdır.  
Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. 
Preparatın istifadəsi üzrə hər hansı sual meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət 
etmək lazımdır. 
Enisil preparatının istifadəsini dayandırdıqda 
Pasiyent preparatın istifadəsini dayandırmaq istədikdə, həkimlə məsləhətləşməlidir. Preparatın 
istifadəsilə bağlı hər hansı sual meydana çıxdıqda həkimə və ya əczaçıya müraciət etmək 
lazımdır.

 

Prepared by  T-Soft E-Commerce.