Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq terbinafin hidroxlorid vardır.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik
Hamiləlik dövründə Erbinol peparatının istifadəsinin klinik təcrübəsi olmadığı üçün preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan mümkün riskdən üstün olduğu halda istifadə edilə bilər.
Heyvanlar üzərində aparılan fetal toksiklik tədqiqatlarda arzuolunmayan effektlər aşkar
edilməmişdir.
Laktasiya
Terbinafin ana südünə nüfuz edir. Laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Körpənin süd vəziləri daxil olmaqla, preparatla işlənmiş sahəsilə kontaktına yol verilməməlidir.
Fertillik
Heyvanlar üzərində aparılan tədqiqatlarda terbinafin fertilliyə mənfi təsir etməmişdir.
Dozalanma rejimi
Xəstəliyin təzahürünün ifadə edilməsindən asılı olaraq, Erbinol sutkada 1 və ya 2 dəfə istifadə edilə bilər. Müalicənin müddəti xəstəliyin növündən asılı olaraq dəyişir. Bədənin dermatomikozu və qasıq dermatomikozu zamanı müalicənin orta davametmə müddəti 1–2 həftə təşkil edir. Pəncə dermatomikozu hallarında müalicə adətən 1 həftə davam etdirilir. Dəri kandidozu zamanı müalicənin müddəti orta hesabla 2 həftə olur. Əlvan dəmrov (pityriazis versicolor) hallarında isə müalicə təxminən 2 həftə ərzində aparılır. Klinik simptomların təzahürünün azalması, adətən, müalicənin ilk günlərində qeyd edilir. Qeyrimüntəzəm müalicə və ya müalicənin vaxtından əvvəl dayandırlması zamanı infeksiyanın bərpa olunması riski mövcuddur. Müalicədən 2 həftə sonra yaxşılaşma əlamətləri qeyd edilmədikdə, diaqnozun verifikasiyasını aparmaq lazımdır.
Xüsusi pasiyent qrupları
Uşaq populyasiyası
Bu yaş qrupunda terbinafinin istifadəsinin təcrübəsi məhdud olduğu üçün preparatı uşaqlarda istifadə etmək məsləhət görülmür.
İstifadə qaydası
Xaricə istifadə edilir.
Preparatın istifadəsindən əvvəl zədələnmiş nahiyəni təmizləmək və qurutmaq vacibdir. Krem nazik təbəqə ilə zədələnmiş dəriyə və yaxın sahəyə çəkilir və azacıq hopdulur. Bişməcə ilə müşayiət edilən infeksiyalar (süd vəzilərinin altı, barmaqların arası, sağrı əzələsinin arası, qasıq nahiyəsi) zamanı kremin çəkildiyi nahiyə xüsusilə gecə vaxtı, tənziflə örtülə bilər.