Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,01 q eritromisin (susuz maddə və aktivlik hesabı ilə 1000 mkq/mq) vardır.
Həssas mikroorqanizmlərin törətdikləri göz infeksiyaları: konyunktivit (o cümlədən, yenidoğulmuşlarda), bakterial blefarit, blefarokonyunktivit, meybomit; bakterial keratitlərin, xlamidiyaların törətdikləri konyunktivitlərin, blefarokonyunktivitlərin, traxomanın kompleks müalicəsi; yenidoğulmuşlarda blennoreyanın profilaktikası.
Preparatın tərkibində olan preparatlara qarşı hiperhəssaslıq, qaraciyər və böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları, anamnezdə sarılıq.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Hamiləlik dövründə, eritromisinin gözlənilən müalicəvi effekti ehtimal edilən əlavə effektlərindən üstün olduqda, həkimin təyinatına əsasən, preparatın istifadəsi mümkündür. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanın dayandırılması barədə qərar vermək lazımdır.
Aplikasiya şəklində istifadə etdikdən sonra, görmə aydınlığını müvəqqəti itirən pasiyentlərə, nəqliyyat vasitələrini və görmə aydınlığı tələb olunan, digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
Yerli istifadə üçün nəzərdə tutulmuşdur. Uzunluğu 0,5-1 sm olan məlhəmi gündə 3 dəfə alt göz qapağının arxasına yerləşdirmək lazımdır. Yenidoğulmuşlarda oftalmiyanın, bakterial konyunktivitin, blefaritin, blefarokonyunktivitin, meybomitin müalicəsi və keratitin kompleks müalicəsi aparıldıqda, müalicənin davametmə müddəti xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılıdır; lakin, müalicəni 14 gündən artıq aparmaq olmaz. Traxomanın müalicəsi – gündə 4-5 dəfə, müalicəni follikulların yarılması ilə birlikdə aparmaq lazımdır.
İltihabi prosesin sönməsi müşahidə olunduqda, preparatı gündə 2-3 dəfə istifadə etmək lazımdır. Traxomanın müalicə müddəti 4 aya qədər davam edir. Xlamidiyaların törətdikləri konyunktivitin müalicəsi aparıldıqda, məlhəmi gündə 4-5 dəfə konyuktiv kisəyə yerləşdirmək lazımdır; müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və 3 aya qədər davam edə bilər. Yenidoğulmuşlarda blennoreyanın profilaktikası üçün uzunluğu 0,5-1 sm olan məlhəmi bir dəfə alt göz qapağının arxasına yerləşdirmək lazımdır.