Sevimlilərə əlavə edin
Paylaşın

Eyelos 5 Mq 15 ml Göz Damlası

Məhsul Kodu : 111-20126
İstehsalçı ölkə : Ruminiya
0 Şərh Şərh
6,70 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

EYELOS, 0,5%-li məhlul, göz damcısı

Eyelos tərkibi

 Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5mq hipromelloza vardır. Köməkçi maddələr: dinatrium fosfat dodekahidrat, natrium dihidrofosfat monohidrat, natrium xlorid, natrium edetat, benzalkonium xlorid, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Göz yaşı mayesinin kifayət qədər hasil edilməməsi ilə əlaqədar olan «quru göz» sindromu və gözün qıcıqlanması əlamətlərinin yüngülləşdirilməsi üçün yerli istifadə olunur (məsələn, revmatoid artriti, quru keratokonyunktiviti və kseroftalmiyası olan pasiyentlərdə). Həmçinin süni gözlər üçün okulyar lubrikant kimi də istifadə olunur.

Əks göstərişlər:

 Tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamilə qadınlarda hipromellozanın oftalmoloji dərman vasitələri kimi istifadəsinə dair məlumat yoxdur və ya məhduddur. Konyunktiva kisəciyinə damızdırıldıqdan sonra hipromelloza cüzi sistem təsir göstərir, dərman vasitəsi farmakoloji cəhətdən inertdır. Laktasiya Ana südü ilə qidalandıran qadınlarda yerli istifadəsi zamanı hipromellozanın və onun metabolitlərinin ana südünə nüfuz etməsinə dair məlumat yoxdur. Təbii qidalandırma zamanı uşaqlara təsiri gözlənilmir, çünki hipromellozanın sistem təsiri çüzidir, bundan əlavə hipromelloza farmakoloji inert maddədir. Eyelos preparatı istifadə etməzdən öncə hamilə və süd verən qadınlara həkimlə məsləhətləşmək tövsiyə olunur.

Eyelos istifadə qaydası, dozası

 Dərman vasitəsi yalnız yerli istifadə üçün nəzərdə tutulub. Əgər həkim başqa cür təyin etməyibsə, gözün (gözlərin) konyunktiva kisəciyinə gündə 3 dəfə 1-2 damcı damızdırılır. Dərman vasitəsinin dozalanma rejimi və istifadə müddəti xəstəliyin xüsusiyyətlərini, nail olunan effektini və dərman vasitəsinin tolerantlığını nəzərə almaqla həkim tərəfindən təyin olunur. Göz damcılarının istifadəsi üzrə təlimat

 1. İstifadədən öncə əllərinizi yuyun.

 2. Flakonu açın.

 3. Flakonu böyük və şəhadət barmaqlarınızın arasında saxlayaraq damcıladıcını başı aşağı tutun. 4. Başınızı arxaya əyin.

 5. Göz qapağı və göz arasında damcı düşə biləcək "cib" əmələ gələnədək aşağı göz qapağını yüngülcə dartın.

 6. Flakonu göz üzərində tutun və damcı düşənə qədər səliqə ilə sıxın. Flakonu çox bərk sıxmayın. 7. Damcıladıcının ucu ilə hər hansı bir səthə (göz qapaqları, gözətrafı sahə, kipriklər və digər səthlər) toxunmayın.

 8. Göz damcılarının artığını salfetlə silin.

 9. Göz damcılarından istifadə etdikdən sonra flakonu bağlayın.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20126

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce