Fayneks, beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole, Miconazole nitrate, Neomycin sulfate, Gotu kola, Polymyxin sulfate.
Təsiredici maddələr: 1 kapsulda 400 mq metronidazol, 100 mq mikonazol nitrat, 45 mq neomisin sulfat, 15 mq qotu kola, 5 mq polimiksin sulfat vardır.
− Vulvit
− Vaginit
− Vulvovaginit
− Servikovaginit
− Uşaqlıq yolunun kandidozu
− Leykoreya
− Doğuş və abortdan əvvəl profilaktik məqsədlə, uşaqlıqdaxili müayinələrdən əvvəl
− Hamiləlikdən qorunmaq üçün istifadə olunan spiralların qoyulmasından əvvəl və sonra
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Preparatın hamiləliyin ilk üç ayında və laktasiya dövründə istifadəsi həkim tərəfindən müəyyən edilməlidir.
1 vaginal kapsul yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti 6-12 gündür.
Çox nadir hallarda yerli qıcıqlanma, göynəmə, qaşınma müşahidə oluna bilər.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-23401 |