Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ferro-Denk 50MG N50 tablet

Məhsul Kodu : 111-20400
11,90 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FERRO-DENK, 50 örtüklü tabletlər

Ferro-Denk tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 50 mq dəmir (II) ionlarına ekvivalent 152,240-163,700 mq dəmir(II) fumarat vardır Köməkçi maddələr:laktoza monohidrat, qarğıdalı nişastası, povidon K25, natrium dodesil sulfat, makroqol 6000, talk, silikon yağının emulsiyası E2 (simetikon 350, polisorbat 80, sorbid turşusu, təmizlənmiş su), hipromelloza, makroqol 4000, butil metakrilat-(2-dimetilaminoetil) metakrilat-metil metakrilat-sopolimeri (1:2:1), titan dioksid (E 171), qəhvəyi dəmir oksidi və dəmir hidroksidi (E 172).

İstifadəsinə göstərişlər:

 Dəmir çatışmazlığının müalicəsi.

Əks göstərişlər: Ferro-Denk 50 aşağıdakı hallarda istifadə edilməməlidir:

 - preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq,

 - infeksiya və ya şiş nəticəsində yaranan anemiya, eyni vaxtda dəmir çatışmazlığı olma-dıqda,

 - dəmirin toplanması (yüksək dəmir səviyyələri) (hemoxromatoz, xroniki hemoliz),

 - dəmir istifadəsi pozğunluqları (sideroaxrestik anemiya, qurğuşun anemiyası, talassemiya).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin məhdudlaşdırılması müəyyən edilməyib.

Ferro-Denk istifadə qaydası, dozası

 Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin. Ferro-Denk preparatını həkiminiz tərəfindən təyin olunan müddətə qəbul etmək çox vacibdir. Ferro- Denk təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə bu barədə məlumat verin. Həkim tərəfindən başqa göstəriş olmadıqda tövsiyə olunan dozalar: 12 yaşdan yuxarı yeniyetmələr üçün 1 tablet gündə 1-2 dəfə, böyüklər üçün 1 tablet gündə 2–4 dəfə. Lazım olduqda və hemoqlobinin dəyərindən asılı olaraq, böyüklər müalicənin əvvəlində 2 tablet gündə 3-4 dəfə qəbul edə bilərlər. Preparat səhər acqarına bir az maye ilə və ya yeməkdən bir saat əvvəl qəbul edilməlidir. Müalicənin müddəti dəmir çatışmazlığının səviyyəsindən asılıdır. Bu dərman preparatının istifadəsi ilə bağlı suallarınız yarandıqda, həkiminizlə və ya əczacı ilə məsləhətləşin. Ferro-Denk preparatının istifadəsi unudularsa Bir doza qəbul etməyi unutduqda, növbəti doza öz vaxtında qəbul edilməlidir. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Ferro-Denk ilə müalicə dayandırılarsa Preparatın qəbulunun dayandırılmasının vəziyyətinizə necə təsir etdiyini qiymətləndirmək üçün həkiminizlə məsləhətləşin.

Prepared by  T-Soft E-Commerce.