Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 3,0 mq siprofloksasin (siprofloksasin hidroxlorid şəklində) vardır.
Böyüklər və 1 yaşdan yuxarı uşaqlar Floksimed “Farmakodinamika” bəndində sadalanan, həssas mikroorqanizm ştammlarının törətdiyi konyunktivit və digər göz infeksiyalarının müalicəsi üçün nəzərdə tutulmuşdur. Göz məlhəminin istifadəsi yerli antibakterial terapiya effektivliyinin müvafiq kontrolu ilə müşayiət olunmalıdır. Bu preparatın istifadəsi zam anı antibakterial vasitələrin mü vafiq istifadəsi üzrə rəsmi tövsiyyələri nəzərə almaq lazımdır.
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı yüksək həssaslıq; - xinolonlara qarşı yüksək həssaslıq.
Hamiləlik Siprofloksasin göz məlhəminin hamilə qadınlarda istifadəsinə dair məlumatlar yoxdur və ya məhdud saydadır. Heyvanlarda siprofloksasinin peroral istifadəsinə aid aparılan tədqiqatların nəticələrinə əsasən reproduktiv funksiyaya birbaşa arzuolunmaz təsiri qeyd olunmur. Ehtimal olunur ki, yerli istifadəsindən sonra siprofloksasinin sistem təsiri cüzidir. Ehtiyat tədbiri kimi Floksimed-in hamiləlik zamanı istifadəsindən qaçmaq lazımdır, yalnız ehtimal edilən terapevtik effektin döl üçün potensial riskdən üstün olduğu hallar istisna olmaqla.
Laktasiya Daxilə qəbul olunduqdan sonra siprofloksasin ana südünə nüfuz edir. Yerli oftalmoloji istifadədən sonra siprofloksasinin ana südünə keçməsi məlum deyildir. Yenidoğulmuşlar/körpələr üçün risk istisna olunmur. Müalicə zamanı ana südü ilə qidalandırmanın dayandırılması və ya Floksimed ilə müalicənin dayandırılması/imtina edilməsi barədə qərar qəbul etmək lazımdır, bu zaman uşaq üçün ana südü ilə qidalandırmanın faydası və qadın üçün müalicənin faydası nisbəti nəzərə alınmalıdır.
Nəslartırma qabiliyyəti (fertillik) Siprofloksasinin yerli istifadəsinin insanda fertilliyə təsirinin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılmayıb. Heyvanlarda siprofloksasinin peroral istifadəsinə dair tədqiqatların nəticələri reproduktiv funksiyaya birbaşa arzuolunmaz təsirini göstərmir.
Floksimed avtomobil və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir. İstənilən göz damcısının istifadəsində olduğu kimi, görmənin müvəqqəti qeyri-aydın olması və ya digər görmə pozğunluqları nəqliyyat vasitələri və ya digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilir. Əgər preparatın istifadəsindən sonra görmənin qeyri-aydın olması baş verərsə, nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etməzdən öncə pasiyent gözləməlidir ki, görmə tam bərpa olunsun.
Tubun ucluğunun və məlhəmin özünün çirklənməsinin qarşısını almaq üçün diqqət etmək lazımdır ki, ucluq göz qapaqlarına, üzün yanaşı hissələrinə və digər səthlərə toxunmasın. İstifadədən sonra tubu kip bağlamaq lazımdır. Bir neçə oftalmoloji preparatların eyni vaxtda istifadəsi zamanı istifadələr arasında interval ən azı 5 dəqiqə təşkil etməlidir. Göz məlhəmləri ən axırda istifadə olunmalıdır.
Dozalanması Böyüklər və 1 yaşdan yuxarı uşaqlar: 1,25 sm məlhəm zədələnmiş gözün konyunktiva kisəsinə (və ya göz qapağı kənarına) yeridilir, 2 gün ərzində gündə 3 dəfə, daha sonra ardıcıl 5 gün ərzində gündə 2 dəfə. Vəziyyətin yaxşılaşmasından sonra müalicəni 2 gün ərzində davam etmək lazımdır. Həkim məsləhətinə görə dozalanmanı artırmaq olar. Tubun içindəki məlhəmin çirklənməsinin qarşısını almaq üçün tub dəliyini hər -hansı səthə toxundurmamaq gərəkdir.
1 yaşa qədər uşaqlar 1 yaşdan kiçik uşaqlarda göz məlhəminin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Yaşlı pasiyentlər Klinik tədqiqatlar göstərmişdir ki, yaşlı pasiyentlərdə istifadəsi zamanı dozanın korreksiyası tələb olunmur. Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər Qaraciyər və ya böyrəklərin funksiyasının pozulmaları olan pasiyentlərdə preparatın istifadəsinin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılmayıb.