Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FLORMENT-G 10ML DAMLA

Məhsul Kodu : 111-27743
8,66 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FLORMENT G, göz damcısı

FLORMENT G tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq flüormetalon, 3 mq gentamisin vardır.

İstifadəsinə göstərişlər

Gözün ön seqmentinin bakteriyalarla əlaqədər olan infeksiyalaşmış iltihabi proseslərində, həmçinin əməliyyatdan sonrakı iltihabi proseslərdə istifadə olunur.

Əks göstərişlər

Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Buynuz qişanın zədələnməsi və xorası. Viral infeksiyalar (məsələn, Herpes simplex, Vaccinia) və ya mikoz. Göz vərəmi və qlaukoma.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İnsanlar üzərində kontrol tədqiqatlar aparılmamışdır. Buna görə də, məcburi səbəblər istisna olmaqla, hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi zamanı gözdə müvəqqəti bulanma əmələ gələ bilər. Bu baş verərsə, pasiyent avtomobil və mexanizmləri idarə etməzdən və ya özünü və ya başqalarını risk altına ala biləcək hər hansı fəaliyyətdə iştirak etməzdən əvvəl bulanıqlığın aradan qalxmasını gözləməlidir.

FLORMENT G istifadə qaydası və dozası

Bakterial infeksiya: Doza lanma xəstəliyin şiddətindən asılıdır. Təsirə məruz qalan gözün konyunktiva kisəsinə gündə 5 dəfə 1 damcı tətbiq etmək tövsiyə olunur. Ağır hallarda, doza 1 -2 gün ərzində saatda 1 damcıya qədər artırıla bilər. Əməliyyatdan sonrakı göz infeksiyası: 1 həftə ərzində gündə 4 dəfə konyunktiva kisəsinə 1 damcı.

Sonra müalicənin qalan hissəsi üçün azaldılmış tətbiq tezliyi tövsiyə olunur.

Prepared by  T-Soft E-Commerce.