Добавить в любимое
Делиться

Fluditek 2% 125 ml Srp

Код продукта : 111-05662
İstehsalçı ölkə : Fransa
0 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

FLUDİTEK, 20 mq/ml uşaqlar üçün şərbət

FLUDİTEK tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 2,0 q kabosistein vardır.

İstifadəsinə göstərişlər

2 yaşdan yuxarı uşaqlarda bronxial sekresiya pozğunluqlarının müalicəsi, xüsusən kəskin bronxopatiya zamanı: Kəskin bronxit və xroniki bronxopnevmopatiyanın kəskin epizodları zamanı istifadə edilməsi tövsiyə olunur.

Əks göstərişlər

− Karbosisteinə və preparatın digər komponentlərdən hər hansı birinə qarşı allergi yanız (yüksək həssaslıq reaksiyalarınız) varsa, − aktiv qastroduodenal xora; − körpələrdə (2 yaşa qədər) bronxial obstruksiyanın pisləşməsi riski səbəbindən.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya südverən anasınızsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu d ərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin. Bu d ərman preparatı hamil əlik dövründ ə yalnız h əkiminiz t ərəfindən tövsiy ə olunduğu halda istifadə edilməlidir. Bu dərman vasitəsini qəbul edərkən südverməni davam etdirmək mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tətbiq olunmur.

FLUDİTEK istifadə qaydası və dozası

Daxilə qəbul üçün nəzərdə tutulub. Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. 5 ml (1 çay qaşığı) şərbətin tərkibində 100 mq karbosistein vardır. 2-5 yaşlı uşaqlar Gündə 2 dəfə 5 ml təyin edilir.

Doza 200 mq/günü aşmamalıdır. 5 yaşdan yuxarı uşaqlar Gündə 3 dəfə 5 ml təyin edilir. Doza 300 mq/günü aşmamalıdır. Həkim məsləhəti olmadan müalicəni 8-10 gündən artıq davam etdirmək olmaz.

Фильтры продуктов
Код продукта поставщика:111-05662
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce