Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FLUDITEK 5% 125ML SRP

Məhsul Kodu : 111-05657
İstehsalçı ölkə: Fransa
10,02 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FLUDİTEK, 50 mq/ml şərbət

FLUDİTEK tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 5,0 q kabosistein vardır.

İstifadəsinə göstərişlər

Bu dərman vasitəsi böyüklərdə və 15 yaşdan yuxarı yeniyetmələrdə çətin ayrılan bəlğəmlə (bronxial sekresiyaların çətin ekspektoriyası) müşayiət olunan tənəffüs yollarının pozğunluqları zamanı istifadə üçün göstərişdir.

Əks göstərişlər

− Karbosisteinə və preparatın d igər komponentlərdən hər hansı birinə qarşı allergiyanız (yüksək həssaslıq reaksiyalarınız) varsa; − Aktiv qastroduodenal xora.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamil əsinizsə və ya südver ən anasınızsa, hamil ə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin. Bu d ərman preparatı hamil əlik dövründ ə yalnız h əkiminiz t ərəfindən tövsiy ə olunduğu halda istifad ə edilməlidir. Bu dərman vasitəsini qəbul edərkən südverməni davam etdirmək mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tətbiq olunmur. FLUDİTEK 5% şərbətin tərkibində saxaroza, metil parahidroksibenzoat (E218), natrium və gün batımı sarısı (E110) var. Bu dərman vasitəsinin tərkibində hər 15 ml şərbətdə 5,25 q saxaroza (şəkər) var. Şəkərli diabetli pasiyentlərdə bu nəzərə alınmalıdır.

Əgər həkiminiz bəzi şəkərlərə qarşı dözümsüz olduğunuzu bildiribsə, bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın. Bu dərman vasitəsinin tərkibində allergik reaksiyalara səbəb ola biləcək (ehtimal ki, gecikmiş) metilparahidroksibenzoat (E218) və azo-boya günəş qürubu sarısı var. Bu dərman vasitəsinin tərkibində hər 15 ml dozada 100 mq (yeməklərin əsas komponenti/xörək duzu) natrium var. Bu, böyüklər üçün tövsiyə olunan maksimum gündəlik natrium qəbulunun 5%-nə bərabərdir.

FLUDİTEK istifadə qaydası və dozası

Daxilə qəbul üçün nəzərdə tutulub. Gündə 3 dəfə mümkün qədər yeməkdən 1 saat əvvəl və ya yeməkdən 2 saat sonra 15 ml istifadə edilir. Həkim məsləhəti olmadan müalicəni 5 gündən artıq davam etdirmək olmaz. 15 ml şərbətin tərkibində 750 mq karbosistein vardır.

Prepared by  T-Soft E-Commerce.