Flumidia 10 ml Göz Damcısı
Bitib
Stokda olanda mənə xəbər verin.Flumidia, göz damcısı
Flumidia, beynəlxalq patentləşdirilməmiş adı: Fluoromethalone + Tetrahydrozoline hydrochloride
Flumidia tərkibi
Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 1 mq mikronizəedilmiş flüorometalon və 0,25 mq tetrahidrozolin hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
Qeyri-infeksion, kəskin və allergik konyunktivit və keratit (əsasən ödem və hiperemiya ilə); gözün ön seqmentinin qeyri-infeksion iltihabı (uveit, episklerit, sklerit); cərrahi müdaxilələrdən sonrakı vəziyyətlərdə əlavə antimikrob müalicə ilə birlikdə.
Əks göstərişlər
Fluorometolona, tetrahidrozolinə və digər komponentlərə qarşı yüksək həssaslıq; infeksion konyunktivit və keratit; buynuz qişa xorası; herpes, vərəm, göbələk infeksiyaları; qlaukoma; buynuz qişa və sklera xəstəlikləri; Sjögren sindromu; 6 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlikdə yalnız fayda/risk nisbəti əsas götürülərək istifadə edilə bilər. Laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
Pediatriyada istifadəsi
6 yaşa qədər uşaqlarda istifadə olunmamalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərhal sonra müvəqqəti görmə bulanıqlığı yarana bilər. Bu təsirlər keçənə qədər nəqliyyat və digər təhlükəli mexanizmlərdən istifadə edilməməlidir.
Flumidia istifadə qaydası
Gündə 2–3 dəfə zədələnmiş gözə 1 damcı damızdırılır. İlk 24–48 saat ərzində ehtiyac olduqda hər saatdan bir 1 damcı tətbiq edilə bilər. Flakonu istifadə etməzdən əvvəl yaxşı çalxalayın. İstifadədən sonra qapağı dərhal bağlayın. Flakon açıldıqdan sonra 30 gün ərzində istifadə olunmalıdır.