Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhluun tərkibində 3 mq flukonazol vardır.
Oftalmoloji göbələk infeksiyaları: - skleritlər; - endogen endoftalmitlər; - əməliyyatsonrası endoftalmitlər; - göbələk keratitləri; - kanakulitlər.
- Hiperhəssaslıq (o cümlədən anamnezində digər azol göbələkəleyhinə dərman vasitələrinə qarşı); - eyni vaxtda terfenadin, astemizol, sizaprid, xinidin, eritromisin və ya pimozidin qəbulu.
Sistem effekt yarandığı halda: müşahid əedici tədqiqat birinci trimestrd ə flukonazol ilə müalicəyə məruz qalmış qadınlarda spontan düşük riskinin yüksəlməsini nümayiş etdirmişdir. Hamiləlik Hamiləlik dövründə preparatı yalnız o halda istifad ə etmək lazımdır ki, ana üçün ehtimal olunan faydası döl üçün mümkün riskdən üstün olsun. Laktasiya Preparatdan istifadə müddətində ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitəsini idarə edən zaman və yüksək diqqət və cəld psixomotor reaksiyalar t ələb edən potensial təhlükəli fəaliyyət növləri məşğul olan zaman ehtiyatlı olmaq lazımdır.
Yalnız yerli istufadə üçündür. Zədələnmiş gözün konyunktiva kisəsinə 1-2 damcı gündə 4 dəfə instilyasiya olunur. Müalicə müddəti 3 həftədən artıq olmamalıdır. Müalicə həkim müşahidəsi altında aparılmalıdır.
Uşaqlar Preparatın uşaqlarda istifadə edilməsi tövsiyə olunmur, belə ki, bu qrup pasiyentl ərdə istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib. Yaşlı pasiyentlər Dozanın korreksiyası tələb olunmur.