Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 1 mq fol turşusu vardır. Köməkçi maddələr: şəkər kirşanı, kartof nişastası, stearin turşusu.
İstifadəsinə göstərişlər:
Makrositar (folçatışmazlığı) anemiyanın müalicəsi. Fol turşusu çatışmazlığının müalicəsi: - malabsorbsiya sindromu zamanı (qeyri-tropik və tropik spru; tərkibində qlüten olmayan pəhriz saxlamaq imkanı olmadıqda, seliakiya); - bəzi dərman preparatlarının (epilepsiyaəleyhinə preparatlar, kombinəolunmuş oral kontraseptivlər, sitostatiklər) istifadəsi fonunda folat mübadiləsinin pozulması, qaraciyər xəstəliklərində və fol turşusu çatışmazlığında (məsələn, alkoqol asılılığı zamanı, keyfiyyətsiz qidalanma); - orqanizmdən fol turşusunun xaricolması yüksək olduqda (məsələn, , alkoqol asılılığı fonunda, hemolitik anemiya zamanı). Hamiləlik dövründə, döldə sinir borucuğunun formalaşması qüsurlarının inkişaf etməsinin profilaktikası üçün.
Əks göstərişlər:
- preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
- bədxassəli anemiya və B12 vitamin çatışmazlığı ilə əlaqədar digər vəziyyətlər.
- ağır dərəcəli meqaloblast və ya makrositar anemiya, aparılan şişəleyhinə müalicənin ağırlaşmaları olan halları istisna etməklə, folatasılı törəmələr.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövrü Hamiləlik və laktasiya dövründə dərman preparatını göstərişlərə görə istifadə etmək olar. Hamiləliyin erkən mərhələlərində fol turşusunun gündəlik qəbulu, döldə inkişaf pozğunluqlarının qarşısını ala bilər. Preparatın qəbulu hamiləliyin dördüncü həftəsindən sonra başladıqda, fol turşusu effektiv təsir göstərmir. Laktasiya dövrü Fol turşusu ana südünə aktiv nüfuz edir. Anaları fol turşusu qəbul edən, ana südü ilə qidalanan körpələrdə, heç bir mənfi effekt müşahidə olunmayıb. Ana südündə fol turşusunun ümumi miqdarı körpənin tələbatına müvafiqdir; aşağı bədən kütləsi ilə dünyaya gələn, fol turşusu çatışmazlığı olan anaların (gündə 50 mkq) südü ilə qidalanan körpələr üçün və ya uzunmüddətli infeksion diareyadan əziyyət çəkən uşaqıara fol turşusunun əlavə dozaları lazım ola bilər.
Daxilə. Yeməkdən əvvəl. Uşaqlar üçün və udma zamanı çətinlik çəkən şəxslər üçün, tabletləri qəbul etməzdən əvvəl xırdalamaq mümkündür. Böyüklər (o cümlədən, yaşlı pasiyentlər) Fol turşusunun dərman çatışmazlığı zamanı – 4 ay müddətində gündə 5 mq; malabsorbsiya zamanı – gündə 15 mq-a qədər istifadə etmək mümkündür. Xroniki hemolitik status zamanı anemiyanın profilaktikası üçün: xəstəliyin kəskinləşməsindən asılı olaraq, hər 1-7 gündən bir 5 mq. Hemolitik anemiya zamanı və maddələr mübadiləsi pozğunluğunda uşaqlar üçün 4 yaşa qədər uşaqlar üçün tabletləri əvvəlcədən xırdalanmış şəkildə (toz şəklində) istifadə etmək lazımdır. Uşaqlar üçün fol turşusunun dozaları aşağıdakılardır: - 1 yaşa qədər – bədən kütləsinin hər kq-na gündə 1 dəfə 0,5 mq (bədən kütləsinin hər 1 kq-na 1/2 tablet), lakin sutkada 5 mq-dan çox olmamaq şərti ilə; - 1 yaşdan 12 yaşa qədər – sutkada 2,5-5 mq; - 12 yaşdan yuxarı – gündə 1 dəfə 5-10 mq/sutka. Makrositar (folçatışmazlığı) anemiyanın müalicəsi üçün fol turşusu aşağıdakı kimi təyin olunur: böyüklər və hər yaş dövründə olan uşaqlar üçün – sutkada 1 mq-a (1 tablet) qədər. 1 mq-dan artıq sutkalıq dozalar preparatın hematoloji effektini gücləndirmir və fol turşusunun artığının əksər hissəsi dəyişilməmiş halda sidiklə ekskresiya olunur. Rezistent hallarda daha yüksək dozalar tələb oluna bilər. Başlanğıc dozalar yalnız təqribən 14 gün müddətində və ya hematoloji və klinik cavab alınana qədər istifadə edilir və daha sonra pasiyent dəstəkləyici müalicəyə keçirilir. Müalicənin ümumi davametmə müddəti təqribən 4 aydır. Dəstəkləyici müalicə: - 4 yaşa qədər uşaqlar üçün: südəmər körpələr üçün – sutkada 0,1 mq, 4 yaşa qədər uşaqlar üçün – sutkada 0,3 mq; - 4 yaşdan yuxarı uşaqlar və böyüklər üçün – 0,5 mq (1/2 tablet); - hamiləlik və laktasiya dövründə – sutkada 1 mq, lakin sutkada 0,1 mq-dan az olmamaq şərti ilə. Hamiləlik dövründə fol turşusunun təsdiqlənmiş çatışmazlığı olduqda, hamiləliyin bütün gedişində gündə 5 mq. Anamnezdə inkişaf qüsurları olduqda, sinir borucuğunun inkişaf qüsurlarının profilaktikası üçün: planlaşdırılan mayalanmadan 1 ay əvvəl və mayalanmadan sonra 3 ay müddətində hər gün 4-5 mq. Anamnezdə sinir borucuğunun inkişaf qüsurları (və ya digər meyllilik amilləri) olmadığı halda: son menstruasiyadan sonra 10-12 həftə müddətində hər gün 0,5 mq (1/2 tablet). Hamiləlik dövründə fol turşusunun sutkada 0,4 mq-dan artıq dozalarda təyin olunması, yalnız B12 vitamin çatışmazlığı ilə əlaqədar bədxassəli (pernisioz) anemiya istisna olunduqdan sonra mümkündür. Fol turşusunun qəbulunun davametmə müddəti dəqiq müəyyən olunmayıb, bəzən normal qanyaranmanın bərpa olunması və saxlanılması üçün, preparatın çox ay davam edən müalicə kursu tələb oluna bilər. Vitamin çatışmazlığının əsas səbəbləri aradan qalxdığı təqdirdə, qida rasionu yaxşılaşdırıldıqda və ya müşayiət olunan xəstəliklər aradan qaldırıldıqdan sonra, preparatın istifadəsini vaxtından əvvəl dayandırmaq olar. Əsas xəstəlik alkoqolizm, hemolitik anemiya, xroniki infeksion xəstəliklər, qıcolmaəleyhinə dərman preparatlarının eyni zamanda qəbulu, mədə rezeksiyası, qida maddələrinin sorulmasının pozulması, qaraciyər çatışmazlığı, qaraciyər sirrozu, stress kimi vəziyyətlərlə müşayiət olunduqda, preparatın dozası artırılmalıdır və daha uzunmüddətli müalicə tələb oluna bilər.