Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FURSILAC 50/20MG N20 TB

Məhsul Kodu : 111-24745
14,76 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FURSİLAK, örtüklü tabletlər

FURSİLAK tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 50 mq spironolakton, 20 mq furosemid vardır.

İstifadəsinə göstərişlər

- Durğun xroniki ürək çatışmazlığı; - ürək çatışmazlığında, nefrotik sindromda ödem sindromu (xüsusil ə, digə r dərman vasitələri kifayət qədər effektiv olmadıqda və ya diuretiklərdən istifadə nəticəsində yaranmış hipokaliemiya qeydə alındıqda); - hiperaldosteronizm nəticəsində elektrolit mübadiləsinin pozulması zamanı assit və ödemlər; - qaraciyər sirrozu zamanı assit; - hiperaldosteronizmi olan xəstələrdə arterial hipertenziya; - adi dozalarda diuretiklərlə rezistent monoterapiya zamanı preparatla müalicə. Bu də rman kombinasiyasının istifadəsi yalnız ayrılıqda titrlənmiş dərman komponentlərinin qəbulunun uğurlu olması sübut oldunduqdan sonra mümkündür.

Əks göstərişlər

- Spironolaktona, furosemidə və ya sulfanilamidlərə qarşı yüksək həssaslıq; - kəskin böyrək çatışmazlığı, anuriya; - qaraciyər funksiyalarının nəzərəçarpan pozuntuları (qaraciyər prekoma və koması); - korreksiyası mümkün olmayan elektrolit mübadiləsinin pozuntuları: hipo- və ya hiperkaliemiya, hiperkalsemiya, hiponatremiya; - hipovolemiya və ya dehidratasiya (hipotenziya ilə müşayiət olunan və ya hipotenziyasız).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı preparatın istifadəsi yalnız gözlənilən fayda potensial riski üstələdiyi təqdirdə həkimin ciddi təyinatı üzrə mümkündür. Fursilak-ın qəbulu zəruri olduqda döşlə əmizdirməni dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı (xüsusi ilə də terapiyanın əvvəlində) avtonə qliyyat idarə etmək və fiziki və psixi reaksiyaların sürətliliyini tələb edən digər işlər görmək qadağandır. Sonradan onların yerinə yetirilməsi fərdi qaydada müəyyən olunur.

FURSİLAK istifadə qaydası və dozası

Fursilak preparatını çeynəmədən, yemək zamanı, kifayət qədər su il ə bütöv şəkildə daxilə qəbul edirlər. Dozalanma rejimi xəstəliyin nozoloji formasından və su-elektrolit mübadilənin pozulmasının nəzərəçarpma dərəcəsindən asılı olaraq fərdi qaydada müəyyən olunur. Müalic ənin ilk 3- 6 günündə preparatı hər gün 4 tablet olmaqla orta sutkalıq dozada təyin edirlər. Dəstəkləyici doza sutkada 3 də fə 1 tablet tə şkil edir.

Klinik effektin nəzərəçarpma dərəcəsindən asılı olaraq bu dozanı hər gün və ya bir gündən bir və ya 2 gündən bir təyin edirlər. Müalicə müddəti fərdi qaydada müəyyən olunur.

Prepared by  T-Soft E-Commerce.