Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q suspenziyanın tərkibində 10,0 mq fuzid turşusu (hemihidrat şəklində) vardır.
Futaron fuzid turşusuna qarşı həssas mikroorqanizmlərlə törədilən bakterial göz infeksiyalarının müalicəsi üçün göstərişdir.
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.
Hamiləlik Qadınlarda hamiləlik dövründə fuzid turşusunun istifadəsinə dair klinik məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatların nəticəsi və klinik sistem və yerli istifadəsinin çoxillik təcrübəsi göstərir ki, fuzid turşusu teratogen potensiala malik deyil. Göz damcısı formasında fuzid turşusunun yerli istifadəsi zamanı döl üçün riskin olması az ehtimal edilir, belə ki, bu zaman dərman vasitəsinin sistem absorbsiyası əhəmiyyətsiz dərəcədədir. Dərman vasitəsini hamilə qadınlarda istifadə etmək olar.
Laktasiya Laktasiya dövründə fuzid turşusunun göz damcısı formasında yerli istifadəsi zamanı qan plazmasında əhəmiyyətsiz konsentrasiyada qeyd edilməsilə əlaqədar, dərman vasitəsinin körpəyə təsir edəcəyi gözlənilmir. Dərman vasitəsini laktasiya dövründə istifadə etmək olar. Fertillik Preparatın fertilliyə təsirini öyrənən klinik tədqiqat aparılmamışdır. Fuzin turşusunun reproduktiv funksiyaya təsir etməsi gözlənilmir, belə ki, fuzid turşusunun göz damcısı formasında yerli istifadəsi zamanı dərman vasitəsinin sistem absorbsiyası əhəmiyyətsiz dərəcədədir.
Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir. Buna baxmayaraq, preparatın istifadəsi zamanı görmə dəqiqliyi pozula bilər ki, bunu nəzərə almaq lazımdır.
Preparat, yalnız oftalmologiyada yerli istifadə üçün nəzərədə tutulmuşdur. İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır. Preparat böyüklərdə və uşaqlarda istifadə edilir. Sutkada 2 dəfə 1 damcı zədələnmiş gözə damızdırılır.
Adətən klinik mənzərə 2-4 gündən sonra əhəmiyyətli dərəcədə yaxşılaşır, tam sağalma 6-10 gündən sonra əldə edilir. Xəstəliyin simptomları itdikdən sonra müalicəni 48 saatdan az olmamaqla davam etdirmək lazımdır. İstifadə təlimatı 1.Preparatı istifadə etməzdən əvvəl əllər yaxşıca yuyulmalıdır. 2.
Flakonun qapağını açmaq, başı arxaya əyərək rahat şəkildə oturmaq və ya dayanmaq lazımdır, flakon göz səviyyəsində tutulmalıdır. 3. Səliqəli şəkildə aşağı göz qapağını dartmaq və preparatı konyunktival kisəyə 1 damcı damızdırmaq lazımdır (proseduru güzgü qarşısında etmək olar). 4.Flakonun möhtəviyyatını mikroorqanizmlərlə kontaminasiyasının qarşısını almaq məqsədilə damcısalanın sonluğu gözə və ya digər səthə toxunmamalıdır.
5.Ehtiyac olduqda proseduru digər göz üçün təkrar etmək və flakonu qapaqla bağlamaq lazımdır. Özlü göz damcısı instillyasiyadan sonra tez zamanda mayeyə çevrilir. Preparatın instillyasiyası zamanı uşaqlar uzanıqlı vəziyyət ala bilərlər (yatan uşaqlara instillyasiyanı tətbiq etmək olar).