Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:100 ml preparatın tərkibində 35 ml qaz qaytarması otunun (Anserinae herba) duru ekstraktı (1:1,7-2,2) (ekstragent: etanol 40 % (həcm/həcm)), 20 ml dərman çobanyastığı çiçəklərinin (Matricariae flos) duru ekstraktı (1:1,7- 2,2) (ekstragent: etanol 45% (həcm/həcm)), 15 ml biyan kökünün (Liquiritiae radix) duru ekstraktı (1:1,7-2,2) (ekstragent: etanol 40% (həcm/həcm)), 5 ml mələkotu kökünün (Angelicae radix) duru ekstraktı (1:1,7-2,2) (ekstragent: etanol 40% (həcm/həcm)), 5 ml kardobenedikt otunun (Cnici ben. herba) duru ekstraktı (1:1,7-2,2) (ekstragent: etanol 40% (həcm/həcm)), 5 ml acı yovşan otunun (Absinthii herba) duru ekstraktı (1:1,7-2,2) (ekstragent: etanol 40 % (həcm/həcm)) vardır. Köməkçi maddələr : 96%-li etanol (həcm/həcm), təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Funksional dispepsiya, meteorizm, qastritlər, o cümlədən, xroniki hiperasid qastrit və həmçinin, mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin kompleks müalicəsinin tərkibində.
Əks göstərişlər:
Preparatın tərkibində olan hər hansı inqrediyentə qarşı hiperhəssaslıq, preparatın komponentlərinə qarşı allergik reaksiyalar, qaraciyər xəstəlikləri, öd yollarının bağlanması, öd yollarının iltihabı.
Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirlər:
i Qastritol preparatının tərkibində 40 həcm % etanol vardır. Preparatı təlimata müvafiq qəbul etdikdə, hər bir doza (25 damcı) ilə orqanizmə 0,4 q spirt daxil olur ki, bu da qaraciyər xəstəliklərindən, MSS (mərkəzi sinir sistemi) zədələnməsindən, alkoqolizmdən, epilepsiyadan əziyyət çəkən pasiyentlərin, hamilə qadınların və uşaqların sağlamlığı üçün təhlükəli ola bilər. Digər dərman preparatlarının təsiri zəifləyə bilər və ya güclənə bilər. Bitki əsasında hazırlanmış maye dərman formalarında yumaqların əmələ gəlməsi və ya bulanıqlıq müşahidə oluna bilər ki, bu da mənfi effektlərin meydana çıxmasına səbəb olmur və göstərilən preparatın effektivliyinin aşağı düşməsinə təsir göstərmir. Preparatdan istifadə etdikdə, nəzərə almaq lazımdır ki, 1 damcı preparatın tərkibində 0,016 q etanol vardır. Uşaqlar Preparatın uşaqlarda istifadə təcrübəsi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, preparatı 18 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparatın hamiləlik və laktasiya dövründə istifadə təcrübəsi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, hamiləlik və laktasiya dövründə preparatı istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparatın terapevtik dozalar diapazonunda istifadəsi, nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Digər təyinat olmadıqda, 20-30 damcı preparatı bir qədər mayedə həll edib, gündə 3 dəfə yemək zamanı qəbul etmək lazımdır. Təkrar müalicə aparıldıqda, preparatı eyni müalicə sxemi ilə istifadə etmək lazımdır. Müalicənin davametmə müddəti 2 həftə təşkil edir. Zərurət yarandıqda, 2 aydan sonra, müalicə kursunu təkrar etmək lazımdır.