Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GATISIN 5ML GOZ DAMLASI

Məhsul Kodu : 111-24410
6,73 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

QATİSİN, 3 mq/ml göz damcısı

QATİSİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq qatifloksasin vardır.

İstifadəsinə göstərişlər

Preparatın təsirinə həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarının müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Dərman preparatının təsiredici maddəsinə, digər xinolon qrupu antibakterial maddələrə və ya preparatın köməkçi maddələrindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, bu dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əgər dərmanı istifadə etdikdən sonra hiss etsəniz ki, görməniz dumanlanıb, Sizin görmə qabiliyyətiniz normallaşana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.

QATİSİN istifadə qaydası və dozası

Bu dərmanı həmişə həkiminizin və ya əczaçının Sizə dediyinə dəqiq əməl edərək istifadə edin. Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Doza və müalicə rejimi yalnız həkim tərəfindən təyin edilməlidir. Standart doza aşağıdakı kimidir: - 1-ci və 2-ci gün: hər 2 saatdan bir zədələnmiş göz(lər)ə gündə 8 dəfəyə qədər 1 damcı damızdırılır.

- 3-cü -7-ci günlər: gündə 4 dəfəyə qədər bir damcı damızdırılır. Tövsiyə olunan dozanı aşmayın. Lütfən, qeyd edin: udmaq olmaz. İstifadə qaydası 1.Bakterial çirklənməyə yol verməmək üçün flakonun ucunu hər hansı səthə (gözün özü daxil olmaqla) toxundurmayın.

2.Damcı flakonu dolu olmaya bilər. Bu, damızdırma sürətinə yaxşı nəzarət emək üçündür. 3.İstifadə üçün təlimatlar • Preparatın damızdırılmasından əvvəl əllərinizi yuyun., sonra damcıladıcının ucunu deşmək üçün qapağı saat əqrəbi istiqamətində döndərin (Şəkil 1). •.

Sonra qapağı çıxarmaq üçün onu digər tərəfə (saat əqrəbinin əks istiqamətinə) döndərin (Şək.2) • Başınızı arxaya əyin (Şək.3). • Şəhadət barmağınızla aşağı göz qapağını aşağı çəkin və digər əlinizlə flakonu tutub elə sıxın ki, gözünüzə yalnız bir damcı düşsün (Şək.4). • Gözünüzü bağlayın və damcının burun-gözyaşı axacağı vasitəsilə boğazınıza sızmasının qarşısını almaq üçün gözlə burun arasındakı bucağı 1-2 dəqiqə ərzində sıxın (Şək.5). • Xüsusi vəziyyətdə 3-5-ci addımları digər göz üçün təkrar edə bilərsiniz.

• İstifadə etdikdən sonra, flakonun qapağını bağlayın. 4.Dərmanı istifadə etdikdən sonra dərmanın qalığını yumaq üçün əllərinizi hərtərəfli yuyun. 5.İnfeksiyanın ötürülməsinin qarşısını almaq üçün eyni qablaşdırmada olan dərman yalnız bir şəxs üçün istifadə edilməlidir. Əgər dərmanın istifadəsini unutmusunuzsa Əgər Siz dərmanı vaxtında istifadə etməyi unutmusunuzsa, onu əvəz etmək üçün ikiqat doza istifadə etməyin.

Növbəti dozanı rejimə uyğun olaraq, vaxtında istifadə edin və həkimlə məsləhətləşin. Müalicəni həkimin tövsiyələrinə müvafiq olaraq davam etdirin. Əgər Siz preparatın istifadəsini dayandırırsınızsa Əgər Siz, hətta özünüzü yaxşı hiss edirsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşmədən dərmanın istifadəsini dayandırmayın. Əgər bu dərman preparatının istifadəsinə dair Sizin əlavə suallarınız varsa, həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.

Dərmanı qaranlıqda istifadə etməyin. Hər dəfə dərmanı istifadə edərkən, etiketi və dozanı yoxlayın. Əgər ehtiyacınız varsa, eynək taxın.

Prepared by  T-Soft E-Commerce.