Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GATISIN FORTE 5ML DAMLA

Məhsul Kodu : 111-24450
9,64 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

QATİSİN FORTE, 0,5% göz damcısı

QATİSİN FORTE tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq qatifloksasinə ekvivalent miqdarda (5,3596 mq/ml) qatifloksasin seskvihidrat vardır.

İstifadəsinə göstərişlər

QATİSİN FORTE (qatifloksasinin 0,5%-li oftalmoloji məhlulu) preparatın təsirinə həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarının müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası C-dir. Hamiləlik dövründə QATİSİN FORTE-li məhlulun istifadəsinə dair adekvat və yaxşı nəzarət olunan tədqiqat aparılmadığından, o, hamiləlik dövründə yalnız ana üçün gözlənilən potensial fayda döl üçün potensial riskdən üstün olduğu zaman istifadə edilməlidir. Laktasiya dövrü Preparatın ana südünə nüfuz etməsi məlum deyildir. Bir çox dərmanların ana südünə nüfuz etməsi məlum olduğuna görə, laktasiya dövründə QATİSİN FORTE ehtiyatla istifadə edilməlidir.

QATİSİN FORTE istifadə qaydası və dozası

1 yaşlı və böyük pasiyentlər: 1-ci gün hər iki saatdan bir qədər zədələnmiş göz(lər)ə 8 dəfəyə qədər 1 damcı damızdırılır. 2-ci-7-ci günlərdə gündə 2-4 dəfə zədələnmiş göz(lər)ə 1 damcı damızdırılır. İstifadəsinə dair təlimat 1. Damcıladıcının ucunu deşmək üçün qapağı saat əqrəbi istiqamətində döndərin (Şəkil 1) 2.

Sonra qapağı çıxarmaq üçün onu digər tərəfə (saat əqrəbinin əks istiqamətinə) döndərin (Şəkil 2) 3. Flakonu çevirin və ortasından tutun (Şəkil 3) 4. Bir damcı damızdırmaq üçün flakonu ehtiyatla sıxın. Qeyd: lütfən flakonu ehtiyatla sıxın, çünki flakonun güclü sıxılması flakondan birdən çox damcının çıxmasına səbəb ola bilər.

*Bu dərmana dair daha çox məlumat almaq üçün praktik həkimə və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.