Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq Ramipril vardır.
• Hipertenziya, • Durğunluq ürək çatışmazlığı, • Miokard infarktı, insult və kardiovaskulyar mənşəli ölüm riskinin azaldılması. • Diabetik və qeyri-diabetik nefropatiya.
• Təsdiq edilmiş hamiləlik. Hamiləlik təsdiq edilərsə, tez bir zamanda AÇF inhibitoru ilə müalicəni dayandırılmalısınız, çünki AÇF inhibitorları hamiləliyin ikinci və üçüncü trimestrlərində istifadə edildikdə dölün və ya yenidoğulmuşun zədələnməsinə, hətta ölümünə səbəb ola bilər. • Ramiprilə və ya hər hansı bir AÇF inhibitoruna qarşı yüksək həssaslıq. • AÇF inhibitorundan istifadə zamanı angionevrotik ödem meydana çıxarsa.
• Böyrək arteriyalarının stenozu. • Ürək qan dövranına təsi göstərən ürək probleminin olması (məsələn, aorta və ya mitral qapağın stenozu). • Qan təzyiqinin aşağı düşməsi nəticəsində tez oturub-durma zamanı başgicəllənmənin baş verməsi.
Hamiləlik: Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Müalicə vaxtı hamiləlik təsdiq edilərsə, GENOPRİL ilə müalicəni dərhal dayandırmalısınız. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin. Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Əgər uşaq əmizdirirsinizsə, GENOPRİL qəbul etməyin. Təkrar dozalar ana südündə preparatın toplanmasına səbəb ola biləcəyindən, südəmər uşağı olan analar preparatdan istifadə etməməlidir.
GENOPRİL-dən istifadə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən diqqətli olmaq lazımdır.
Həkiminiz başqa cür tövsiyə verməzsə bu təlimata əməl edin. GENOPRİL, oral qəbul üçündür, çeynənilmədən müəyyən qədər su ilə udulmalıdır. Miokard infarktı, insult və kardiovaskulyar mənşəli ölüm riskini azaltmaq üçün: ilk bir həftə ərzində başlanğıc doza kimi gündə 2,5 mq qəbul edilməlidir. Sonrakı 3 həftədə doza 5 mq-a çatdırılır.
Xəstə dözümlülük göstərə bilirsə, gündə 10 mq dozada dəstəkləyici müalicəyə keçilir. Hipertenziya: diuretik qəbul etməyənlər üçün tövsiyə olunan doza 2,5 mq-dır. Qan təzyiqinin müalicəyə cavabından asılı olaraq doza 2,5-10 mq arasında birdəfəlik doza (tək doza) şəklində və ya iki bərabər hissəyə bölünməklə istifadə edilir. Miokard infarktı sonrası ürək çatışmazlığı: bu halda GENOPRİL gündə iki dəfə 2,5 mq dozada təyin edilir.
Bu doza hipotenziyaya səbəb olarsa, doza gündə 2 dəfə 1,25 mq şəklində istifadə olunur. Əgər xəstə dözümlülük göstərərsə, məqsədəuyğun dozanın titrlənməsi (3 həftə ərzində saxlanılır) gündə 2 dəfə 5 mq-dır. İcazə verilən ən yüksək gündəlik doza 10 mq-dır. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.
Ona görə də uşaqlarda istifadəsi tövsiyə olunmur. Yaşlılarda istifadəsi Həkiminiz müalicəni 1,25 mq aşağı doza ilə başlaya bilər, müalicənizdən asılı olaraq dozanı pillə-pillə yüksəldəcəkdir. Xüsusi pasiyentlər qrupunda istifadəsi Diuretik alan xəstələrdə istifadəsi Bir diuretik müalicəsi alan xəstələrdə müalicəyə GENOPRİL-in əlavə edilməsi xəstədə simptomatik hipotenziyanın yaranmasına səbəb ola bilər. Simptomatik hipotenziyanın başvermə imkanını azaltmaq üçün GENOPRİL ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl diuretiklə müalicəyə ara verilməlidir.
Əgər qan təzyiqi təkbaşına GENOPRİL istifadə edilməklə nəzarət altına alına bilməzsə müalicəyə diuretik əlavə edilə bilər. Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Hipertenziyası və böyrək çatışmazlığı olan xəstələrə başlanğıc doza kimi gündə 1 dəfə 1,25 mq GENOPRİL tövsiyə edilir. Qan təzyiqini nəzarət altına ala bilmək üçün maksimum gündəlik doza 5 mq-a qədər çatdırıla bilər. Ürək çatışmazlığı və böyrək çatışmazlığı olan xəstələrdə tövsiyə edilən başlanğıc doza gündə 1 dəfə 2,5 mq-dır.
Doza maksimum gündə 2 dəfə 5 mq-a qədər artırıla bilər. Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi Həkiminiz müalicəyə gündə 1,25 mq-lıq aşağı doza ilə başlamalı və müalicənizi yaxından izləməlidir. Əgər Sizdə GENOPRİL-in təsirinin çox güclü və ya zəif olması barədə şübhə yaranarsa, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. GENOPRİL-in qida və içkilərlə birlikdə qəbulu Qida və içkilərin GENOPRİL-in qəbuluna təsiri yoxdur.
GENOPRİL ilə müalicə alarkən eyni zamanda alkoqollu içkilər qəbul edilməməlidir. GENOPRİL-i qəbul etməyi unutmusunuzsa Əgər GENOPRİL qəbul etməyi unutmusunuzsa və növbəti dozanı qəbul etmə zamanı deyilsə, xatırlayan kimi unutduğunuz dozanı qəbul edin. Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. GENOPRİL ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər Həkiminizin göstərişi olmadan GENOPRİL-in istifadəsini dayandırmayın.