Bitib
Stokda olanda mənə xəbər verin.Genopril Combi, beynəlxalq patentləşdirilməmiş adı: Ramipril + Hydrochlorothiazide
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq Ramipril və 25 mq hidroxlorotiazid vardır.
Birdən çox dərmanla müalicə edilməsi lazım gələn yüksək təzyiqin (hipertenziyanın) müalicəsi.
Ramiprilə, hidroxlorotiazidə, digər tiazid diuretiklərinə, sulfonamidlərə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; anamnezdə angionevrotik ödem; böyrək funksiyalarının ağır pozğunluğu; dializ; renal arteriya stenozu; ürəyin sol mədəciyində qan axınında əhəmiyyətli çətinlik (məs., aorta və ya mitral qapaq stenozu); elektrolit pozğunluqları; şəkərli diabet və böyrək çatışmazlığı fonunda aliskiren istifadəsi; angiotenzin reseptor antaqonistləri ilə birlikdə istifadəsi; qaraciy...
Hamiləlik təsdiqləndikdə dərhal dayandırılmalıdır. Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya zamanı istifadəsi tövsiyə edilmir.
Genopril Combi-nin uşaqlarda istifadəsinə dair kifayət qədər məlumat yoxdur. 18 yaşdan aşağı şəxslərdə istifadəsi tövsiyə olunmur.
Genopril Combi-dən istifadə zamanı qan təzyiqinin azalması nəticəsində diqqət və reaksiya qabiliyyəti zəifləyə bilər. Xüsusilə müalicənin əvvəlində və alkoqol istifadəsi zamanı bu təsir artır. Belə hallar müşahidə edilərsə, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməmək tövsiyə olunur.
Tabletlər gündə 1 dəfə səhər yeməyindən əvvəl, yemək zamanı və ya yeməkdən sonra çeynənmədən, su ilə qəbul olunur.
Doza fərdi təyin edilir və həkiminiz tərəfindən müəyyənləşdirilir. Müalicə adətən 1 tablet (5 mq/25 mq) ilə başlanır və arzu edilən antihipertenziv təsirə əsasən tənzimlənir. Maksimal gündəlik doza – 2 tablet.
Diuretik qəbul edən pasiyentlərdə əvvəlcə diuretik dayandırılmalı və ya dozası azaldılmalı, sonra isə ramiprilin minimum dozası ilə başlanmalıdır.
Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə müalicəyə ən aşağı dozadan başlanmalı və tibbi nəzarət altında davam etdirilməlidir.