Genopril Plus 2, 5/12, 5mg N28 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Genopril Plus, 2.5 mq/12.5 mq tabletlər
Genopril Plus, beynəlxalq patentləşdirilməmiş adı: Ramipril + Hydrochlorothiazide
Genopril Plus tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq ramipril və 12,5 mq hidroxlorotiazid vardır.
İstifadəsinə göstərişlər
Birdən çox dərmanla müalicə edilməsi lazım gələn yüksək təzyiqin (hipertenziyanın) müalicəsi.
Əks göstərişlər
Ramiprilə, hidroxlorotiazidə, digər tiazid diuretiklərinə, sulfonamidlərə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; anamnezdə angionevrotik ödem; böyrək funksiyalarının ağır pozğunluğu; dializ; renal arteriya stenozu; ürəkdə qan axınında çətinlik (məs., aorta və mitral qapaq stenozu); elektrolit pozğunluğu; şəkərli diabet və böyrək çatışmazlığı fonunda aliskiren istifadəsi; qaraciyərin ağır funksional pozğunluğu; hamiləlik və laktasiya dövrü; 18 yaşdan aşağı uşaqlarda istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik təsdiqləndikdə dərhal dayandırılmalıdır. Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya zamanı istifadəsi tövsiyə edilmir.
Pediatriyada istifadəsi
GENOPRIL PLUS-un uşaqlarda və yeniyetmələrdə istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. 18 yaşdan aşağı şəxslərdə istifadəsi tövsiyə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
GENOPRIL PLUS istifadəsi zamanı başgicəllənmə və qan təzyiqinin azalması səbəbindən diqqət və reaksiya qabiliyyəti zəifləyə bilər. Xüsusilə müalicənin əvvəlində və alkoqol qəbulu ilə birlikdə bu təsirlər daha aydın olur. Belə hallar müşahidə edilərsə, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməmək tövsiyə olunur.
Genopril Plus istifadə qaydası
GENOPRIL PLUS tabletləri gündə 1 dəfə, səhər yeməyindən əvvəl, yemək zamanı və ya yeməkdən sonra çeynənmədən, su ilə qəbul edilir.
Müalicə 1 tablet (2.5 mq/12.5 mq) ilə başlanılır. Zərurət olduqda doza həkim nəzarəti ilə 2–3 həftəlik intervallarla tədricən artırıla bilər.
Yol verilən maksimal gündəlik doza: 4 tablet.
Yaşlı pasiyentlərdə başlanğıc doza azaldıla bilər.
Diuretik qəbul edən pasiyentlərdə müalicəyə başlamazdan əvvəl diuretik dayandırılmalı və ya dozası azaldılmalıdır.
Böyrək çatışmazlığı olan pasiyentlərdə müalicə gündə 1,25 mq ramipril ilə başlanmalı, daha sonra kombinə müalicəyə keçilməlidir. Qaraciyər pozğunluğu olanlarda maksimum doza gündə 1 tablet təşkil etməlidir.