Sevimlilərə əlavə edin
Paylaşın

Gentamisin 1% 15 g Məlhəm

Məhsul Kodu : 111-05561
İstehsalçı ölkə : Belarus
0 Şərh Şərh
0,72 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

GENTAMİSİN-AKOS, xaricə istifadə üçün məlhəm

GENTAMİSİN-AKOS tərkibi

Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,1 q gentamisin sulfat (gentamisin hesabı ilə) vardır.

İstifadəsinə göstərişlər

Həssas mikrofloranın səbəb olduğu dəri və yumşaq toxumaların bakterial infeksiyaları – piodermiya (o cüm lədən qanqrenoz piodermiya), səthi follikulit, furunkulyoz, sikoz, paronixiya (dolama). İnfeksiyalaşmış: dermatitlər (o cümlədən kontakt, seboreya və ekzematoz dermatitlər), xoralar (o cümlədən varikoz xoralar), yaralar (o cümlədən cərrahi, gec sağalan yaralar), yanıqlar (o cümlədən bitki mənşəli yanıqlar), həşərat sancmaları, dəri absesləri və kistalar, “vulqar” sızanaqlar; göbələk və virus mənşəli dəri infeksiyaları zamanı ikincili bakterial infeksiyalaşma.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı (o cümlədən anamnezdə digər aminoqlikozidlərə qarşı qeyd olunan) hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi ilə əlaqəli kifayət qədər təcrübə yoxdur. Preparatın istifadəsi yalnız, gözlənilən müalicəvi effekt ehtimal edilən əlavə effektlərin inkişaf etmə riskindən üstün olduğu hallarda mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi müddətində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməyə və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb olunan digər fəaliyyət növləri ilə məşğul olmağa icazə verilir.

GENTAMİSİN-AKOS istifadə qaydası və dozası

Preparat xaricə istifadə edilir! Məlhəm nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə sutkada 3-4 dəfə çəkilməlidir. Müalicə kursu 7-14 gün təşkil edir. Müalicənin davametmə müddəti həkim tərəfindən müəyyən edilir.

Məlhəm quru dəri infeksiyalarının müalicəsi üçün (o cümlədən ekzema və ya psoriaz fonunda) istifadə edilir. Zərurət yarandığı hallarda, sarğıdan istifadə etmək olar.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05561

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce