Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GEPARIN-BELMED 5000 IU 5ML N5 FLK

Məhsul Kodu : 111-18644
41,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HEPARİN-BELMED, 5000 TV/ml venadaxili və dərialtı yeritmə üçün məhlul

HEPARİN-BELMED tərkibi

Təsiredici maddə: 1ml məhlulun tərkibində 5000 TV heparin (heparin natrium şəklində) vardır.

İstifadəsinə göstərişlər

Dərin venalarda trombozun və ağciyər arteriyasında tromboemboliyanın profilaktikası. Dərin venalarda trombozun və ağciyər arteriyasında tromboemboliyanın, kəskin koronar sindromun (KKS), miokard infarktının, periferik damarların kəskin okklüziyasının müalicəsi. Ekstrakorporal qan dövranında və hemodializ zamanı qan laxtalanmasının profilaktikası.

Əks göstərişlər

Heparinə qarşı yüksək həssaslıq; həmçinin aşağıdaki hallar: müxtəlif lokalizasiyalı qanaxmalar, ağciyərin embolik infarktı nəticəsində (qan hayxırma) və ya böyrəklərin embolik infarktı nəticəsində (hematuriya) yaranmış hemorragiyalar istisna olunmaqla; hemorragik diatezlər və qanın ləng laxtalanması ilə müşayiət olunan digər xəstəliklər; damarların yüksək keçiciliyi (məsələn, Verlqolf xəstəliyində); anamnezdə lokalizasiyadan asılı olmayan təkrar qanaxmalar; yarımkəskin infeksion endokardit; qaraciyər və böyrək funksiyasının ağır pozulmaları; qaraciyər parenximanın ağır zədələnməsi, qaraciyərdə bədxassəli yenitörəmələr; kəskin və xronik leykozlar; aplastik və hipoplastik aritmiyalar; ürəyin kəskin şəkildə yaranan anevrizması; venoz qanqrena; beyin və onurğa sütununun üzərində əməliyyat, onurğa-beyin punksiyasından sonrakı vəziyyət; gözlər üzərində əməliyyat; kəllədaxili qanaxmaya şübhə olduqda; yaxın günlərdə keçirilmiş hemorragik insult (6 aya qədər); bədxassəli arterial hipertenziya; şüa müalicənin aparılması; mədə-bağırsaq traktında şiş və xoralar; şəkərli diabetin ağır formaları; şok halları; prostat vəzinin, qaraciyər və öd yollarının üzərində əməliyyatdan sonra; abort təhlükəsi; uşaqlıqdaxili kontrasepsiya vasitlərdən istifadə zamanı, yenidoğulmuşlar və vaxtından tez doğulmuşlar (benzil spirt olduğuna görə). Xüsusi ehtiyatla: anamnezdə qeyd olunmuş mədə-bağırsaq traktında bədxassəli yenitörəmələr, xora zədələnmələri, etiologiyadan asılı olmadan kaxeksiya, yaxın günlərdə keçirilmiş əməliyyatdan sonrakı və doğuşdan sonrakı dövr - ilk 3-8 sutka ərzində (yalnız heparinlə müalicə həyatı göstərişlər üzrə lazımı olduğu hallar istisna olunmaqla); yaşlı xəstələr (60 yaşdan yuxarı); yüksək arterial təzyiq. Heparin-Belmed dərman vasitəsinin tərkibində qeyri-fraksion heparin ilə birgə bakterisid təsiri olan stabilizator kimi benzil spirtin olması 2 yaşa qədər uşaqlarda anafilaktoidli və toksik reaksiyalar törədə bilər, hansılar metabolik asidoz, MSS tormozlanması, tənəffüsün çətinliyi, böyrək çatışmazlığı, arterial hipotenziya ilə özünü göstərə bilər. Arzuolunmaz əlamətlərin mümkün əmələ gəlməsinə səbəb ola bilən benzil spirtin qandaki minimal konsentrasiyası məlum deyil.

Buna görə vaxtından tez doğulmuşlarda və 1 aya qədər yaşı olan körpələrdə hipokoaqulyasion effekt törədən dozalarda Heparin-Belmed dərman vasitəsinin istifadəsi tövsiyə olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatı istifadə etmək olmaz. Heparini istifadə etdikdə hamilə qadınlar üçün xoşagəlməz fəsadların riski 10,4%- 21 % təşkil edir. Hamiləliyin normal gedişində - 3,6% təşkil edir. Heparini istifadə etdikdə letal nəticənin və vaxtından tez doğuşların riski 2,5% və 6,8% təşkil edib, təbii populyasiyadaki risk ilə eynidir.

Hamiləlik zamanı heparindən istifadənin fəsadları qanaxmalar, trombositopeniya, osteoporoz ola bilər. Hamiləlik zamanı heparini istifadə edərək minimizə olunan tromboembolik ağırlaşmaların əmələ gəlməsinin riski həyat üçün daha da təhlükəlidir, buna görə hamiləlik zamanı heparindən istifadə yalnız ciddi göstərişlər üzrə, tibbi nəzarət altında mümkündür. Heparin cifti keçmir və dölə əlavə təsiri ehtimal edilmir. Laktasiya dövründə preparatın istifadəsi həyatı göstərişlər üzrə mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq olmaz.

HEPARİN-BELMED istifadə qaydası və dozası

Heparin fasiləsiz venadaxili infuziya şəklində və ya müntəzəm venadaxili inyeksiya şəklində, həmçinin dəri altına (qarın nahiyəsinə) təyin edilir. Profilaktik məqdədlə - dərialtı, 5000 TV/sut, 8-12 saatlıq fasilələrlə. Dərialtı inyeksiyalar üçün adətən qarının ön-lateral nahiyəsi istifadə edilir (xüsusi hallarda bazu və ya bud nahiyəsinin yüxarı hissəsinə yeridilir), belə hallarda nazik iynə istifadə edilir, hansı ki, dəri büküşünə dərin, perpendikulyar yeridilir, dəri büküşü məhlul sona qədər yeridilərkən barmaqların arasında saxlanılır. Yeridilmə nahiyələri hər zaman növbələnir (hematomanın yaranmasından çəkinmək məqsədilə).

İlk inyeksiya əməliyyatdan 1-2 saat öncə keçirilməlidir; əməliyyatdan sonrakı dövrdə 7-10 gün ərzində yerilməlidir, ehtiyac yarandıqda isə - daha uzun müddət ərzində. Müalicəvi məqsədlə yeridilən heparinin başlanğıc dozası ədətən 5000 TV təşkil edir. Dəstəkləyici dozalar yeritmə üsulundan asılı olaraq müəyyən edilir: fasiləsiz venadaxili infuziyada heparin 0,9%-li natrium xlorid məhlulunda həll edilərək 1000-2000 TV/s dozada təyin edilir; müntəzəm venadaxili inyeksiyada heparin hər 4 saatdan bir 5000-1000 TV dozada təyin edilir. Venadaxili inyeksiyanın həcmi 15ml-dən çox olmamalıdır.

Venadaxili yeridilmə zamanı heparinin dozaları elə seçilməlidir ki, aktivləşdirilmiş qismən tromboplastin müddəti (AQTM) nəzarətlidən 1,5-2,5 dəfə yüksək olsun. Trombların yaranmasının profilaktikası üçün dərialtı kiçik dozaları yeritdikdə (5000 TV gündə 2-3 dəfə) AQTM müntəzəm olaraq nəzarət etmək tələb olunmur, çünki o cüzi artır. Fasiləsiz venadaxili infuziya müntəzəm inyeksiyalara nisbətən heparinin ən effektiv istifadə üsuludur, çünki daha stabil hipokoaqulyasiyanı təmin edir və qanaxmaları nadir hallarda törədir. Ekstrakorporal qan dövranında 140 -400 TV/kq doza yeridilir və ya hər 500ml qan üçün 1500 - 2000 TV.

Hemodializ zamanı əvvəl venadaxili 10000 TV yeridilir, sonra isə prosedurun ortasında - əlavə olaraq 30000-50000 TV. Yaşlı xəstələr üçün, xüsusilə qadınlar üçün doza azaldılmalıdır. Uşaqlara preparat venadaxili damcı üsulu ilə yeridilir. Hipokoaqulyasion effekt əldə etmək üçün, hansı AQTM nəzarət ilə müqayisədə 2 dəfə artırılmasında qeydə alınır, daimi sürətlə fasiləsiz infuziya üsulu ilə yeridilən qeyri-fraksion heparinin sutkalıq dozası uşaqlarda 700-800 TV/kq-a qədər ola bilər.

1 yaşa qədər uşaqlarda qeyri-fraksion heparinin yeridilməsi fonunda hipokoaqulyasion effektin əldə olunması hemorragik ağırlaşmaların bir səbəbi ola bilər. Heparinə qarşı dəyişkən həssaslığı olan pasiyentlərə və ya heparinə resistentliyi olan xəstələrə lazımı müalicəvi effekti əldə etmək üçün heparinin qeyri-proporsional daha yüksək dozaları tələb oluna bilər (“Ehtiyat tədbilərləri” böl. bax).

Prepared by  T-Soft E-Commerce.