Sevimlilərə əlavə edin
Paylaşın

Geptral 400 Mq N20 Tablet

Məhsul Kodu : 111-00875
1 Şərh Şərh
52,20 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

HEPTRAL, bağırsaqda həll olan örtüklü tabletlər

Heptral tərkibi

 Təsiredici maddə:    1 tabletin tərkibində 400 mq ademetionin kationuna bərabər olan 760 mq  ademetionin 1,4-butandisulfonat vardır. Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, natrium nişasta qlikolyatı (А tipli), maqnezium- stearat, mikrokristalik sellüloza, metakril turşusunun etil akrilat sopolimeri,  makroqol 6000, talk, simetikon emulsiyası, polisorbat 80, natrium-hidroksid.

İstifadəsinə göstərişlər:

  Böyüklərdə, o cümlədən müxtəlif etiologiyalı xroniki hepatiti olan xəstələrdə qaraciyərdaxili xolestaz və qaraciyərin sirrozu;  Hamilələrdə qaraciyərdaxili xolestaz;  Depressiv sindromlar.  Xroniki qaraciyər xəstəliyindən qaynaqlanan yorgunlugun aradan qaldirilmasi.

Əks göstərişlər:   Metionin siklinə təsir göstərən və / və ya homosisteinuriya və / və ya hiperhomosisteinemiya yaradan genetik defektlər (məsələn: sistationin betasintetazanın çatışmazlığı, В12 vitamininin metabolizminin  pozulması). Preparatın tərkibində olan hər-hansı bir komponentə qarşı yüksək həssaslıq (“Tərkibi” bölməsinə bax).

Hamiləlik və  laktasiya dövründə istifadəsi:

 Hamiləliyin üçüncü trimestrində (üç aylığında) ademetioninin yüksək dozalarda istifadəsi heç bir əlavə reaksiyalara səbəb olmayıb. Ademetionin hamiləliyin birinci və ikinci trimestrində yalnız həkim tərəfindən ana üçün faydanın/döl üçün təhlükəsinin diqqətlə qiymətləndirilməsindən sonra istifadə olunmalıdır. Laktasiya dövründə ademetionin yalnız preparatın faydasının körpəyə olan təhlükəsindən  üstün olduğu hallarda istifadə olunur.

Heptral istifadə qaydası, dozası

 Müalicə adətən preparatın parenteral yeridilməsi ilə başlanır, sonradan isə preparatı tablet şəklində  qəbul etməklə davam etdirilir və ya əvvəlcədən tabletlər istifadə olunur. Tabletlərin gündəlik dozasını 2-3 qəbula bölmək olar. Depressiya Başlanğıc müalicə: Venadaxili və ya əzələdaxili: tövsiyə olunan gündəlik doza bədən çəkisinin hər kq-na 5-12 mq təşkil edir. Normal başlanğıc doza gündə 400 mq – 500 mq təşkil edir, ümumi gündəlik doza isə 15-20 gün ərzində 800 mq-dan çox olmalı deyil.  Peroral (daxilə): tövsiyə olunan gündəlik doza bədən çəkisinin hər kq-na 10-25 mq təşkil edir. Normal başlanğıc doza gündə 800 mq təşkil edir, ümumi gündəlik doza isə 1600 mq-dan çox olmalı deyil. Dəstəkləyici müalicə: Peroral: gündə 800 mq-dan – 1600 mq-a qədər Qaraciyərdaxili xolestaz Başlanğıc müalicə: Venadaxili və ya əzələdaxili: tövsiyə olunan gündəlik doza bədən çəkisinin hər kq-na 5-12 mq təşkil edir. Normal başlanğıc doza gündə 500mq təşkil edir, ümumi gündəlik doza isə 2 həftə ərzində 1000 mq-dan çox olmalı deyil.  Peroral (daxilə): tövsiyə olunan gündəlik doza bədən çəkisinin hər kq-na 10-25 mq təşkil edir. Normal başlanğıc doza gündə 800 mq təşkil edir, ümumi gündəlik doza isə 1600 mq-dan çox olmalı deyil. Dəstəkləyici müalicə: Peroral: gündə 800 mq-dan – 1600 mq-a qədər Müalicə müddəti xəstəliyin gedişindən və ağırlığından asılıdır və həkim tərəfindən fərdi qaydada təyin olunur. Tabletlər çeynənmədən qəbul edilməlidir. Heptral® tabletləri yalnız bağırsaqda həll olan  xüsusi örtüyə malikdir, buna görə də ademetionin onikibarmaq bağırsaqda xaric olur. Aktiv maddənin  daha yaxşı sorulması və tam müalicəvi təsir əldə etmək üçün preparatı qida qəbulları arasında istifadə  etmək məsləhət görülür.   Heptral® tabletini istifadədən dərhal əvvəl blisterdən çıxartmaq lazımdır. Tabletlərin rəngi ağ  və ya sarımtıl deyilsə (alüminium folqasının bütövlüyünün pozulması nəticəsində), onları istifadə etmək məsləhət görülmür.  Ahıl yaşlı pasiyentlər Klinik təcrübə əsasında ahıl yaşlı pasiyentlər və yaşı daha az olan pasiyentlərin müalicəsi zamanı reaksiyalar arasında fərq aşkar edilməyib. Ahıl yaşlı pasiyentlərin müalicəsi qaraciyərin, böyrəklərin və ya ürəyin funksiyalarının azalmasını, bunlarla əlaqədar olan patoloji halların mövcudluğunu və digər dərman vasitələrinin istifadəsini nəzərə alaraq, tövsiyə olunan ən aşağı doza ilə başlanılmalıdır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00875

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce