Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora İstiotlu Nanə yarpağı 35 qr

Məhsul Kodu : 121-02225
1,50 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Nanə Yarpağı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: İstiotlu nanə yarpaqlarının tərki­bində mentol, menton, alfa və beta-pinen, limonen, fellandren, sineol, puleqon, jasmon, bədrənc turşusu, mentolun sirkə və valerian turşuları ilə efirləri, həmçinin karotin, betain, hesperidin, ursol və oleanol turşuları var.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1-2 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir.

Məhsulun Təsviri

İstiotlu nanə yarpağı elmi təbabətdə istifadə olunan yeganə nanə növüdür. İstiotlu nanə yarpağından təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya və qida sənayesində də istifadə edilir. Bitkinin tərkibi mentol, menton, puleqon kimi efir yağları ilə zəngindir.

Bundan başqa istiotlu nanə yarpağı vitaminlər, mineral maddələr və amin turşuları ilə zəngindir. Bitki elmi təbabətdə təbii antioksidant kimi tətbiq olunur. Maddələr mübadiləsi zamanı sərbəst radikalları neytrallaşdırır və orqanizmdən xaric edir.

İstiotlu nanə yarpağı sakitləşdirici effekt verərək mərkəzi sinir sisteminin işini yaxşılaşdırır, psixoloji gərginliyi aradan qaldırır. İltihab mediatorlarının sintezini azaldır, nəticədə iltihab əleyhinə təsir göstərir. Kəskin və xroniki tənəffüs yolu xəstəliklərində traxeya və bronxları genişləndirir, rahat nəfəsalmanı təmin edir.

Efir yağları hesabına bakteriyaları məhv edir və ağızdan xoşagəlməz qoxunun qarşısını alır. İstiotlu nanə yarpağı meteorizmi aradan qaldırır, köpəleyhinə effekt verir. Əzələ spazmlarını aradan qaldırır, sinir-əzələ keçiriciliyini yaxşılaşdırır, ağrı reseptorlarının həssaslığını azaldır.

Əzələlərdə yaranan ağrı və gərginliyi aradan qaldırır. Dad reseptorlarını qıcıqlandıraraq iştahanı və həzmi yaxşılaşdırır, həzm traktının motorikasını tənzimləyir. Ödqovucudur, öd kisəsi və öd yollarında iltihabı, durğunluğu və spazmları aradan qaldırır.

İstiotlu nanə yarpağının tərkibi retinol ilə zəngin olduğu üçün gözün funksiyasını yaxşılaşdırır, saç, dırnaq, dəri örtüyünün regenerasiyasını sürətləndirir. Bundan əlavə askorbin turşusu immuniteti gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, PP vitamini isə qan dövranını yaxşılaşdırır, toxumaların qidalanmasını təmin edir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. İstiotlu nanə yarpağı beyin qan dövranını yaxşılaşdırır, sinir impulslarının tez ötürülməsini təmin edir.

Nəticədə zehni qabiliyyəti və yaddaşı gücləndirir.

Fol turşusu hesabına bitki xoşbəxtlik hormonu serotoninin ifrazını artırır, gün ərzində insanın əhvali-ruhiyyəsini yüksəldir, bədəni tonuslandırır, həmçinin qalxanabənzər vəzinin işini yaxşılaşdırır. Tərkibində olan maqnezium qan laxtalanmasına təsir edir, orqanizmin daxili maye mühitini sabit saxlayır. Amin turşularından triptofan psixoemosional vəziyyəti və yuxunu stabilləşdirir, lizin diqqəti və qavramanı gücləndirir, arginin isə damar divarını möhkəmləndirir.

Bu təbii məhsullar profilaktika məqsədilə tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi, sinir sistemi xəstəliklərinin müalicəsi zamanı çox effektlidir.

Bu təbii bitkilərdən, onların duru və quru ekstraktlarından hazırlanan təbii məhsullarımızı siz də istifadə edin, yüksək effektlərinə özünüz şahid olun! Herba Flora ilə sağlam addımlayın!

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.