Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Ənginar çiçəyi 40 qr

Məhsul Kodu : 121-25604
2,40 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Ənginar Çiçəyi

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Ənginar çiçəyinin tər kibində flavonoid qlikozidlər (luteolin törəmə ləri) – sina rozid, skolimozid və sinarot rizid, fenolkarbon turşuları (qəhvə, xlorogen, neoxloro gen), həmçinin qlikol və qliserin turşuları, inulin polisaxaridi var.

İstifadə qaydası: 10 qram xammal 200 ml (1 stəkan) qaynar suda dəmlənir, soyudulur, gündə 2 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Uzun müddət qəbul oluna bilər.

Məhsulun Təsviri

Ənginar 5000 ildən artıqdır ki, insanlara məlumdur. Bu bitki imperatorların, kralların, şahların süfrəsinin bəzəyi hesab edilirdi. Xalq təbabətində ənginarın çiçəkləri, toxumları, yarpaqları, kökü və şirəsi bir çox məqsədlər üçün tətbiq olunur.

Göy- yaşıl rəngli, çoxillik bitkidir. El arasında ənginar “sirrozun düşməni” kimi tanınır. Ənginardan Qədim Yunanıstanda cinsi fəallığın artırılması məqsədilə istifadə edirdilər.

Dünyanın bəzi ölkələrində, xüsusilə Avropada toy məclislərində ailə quran cütlüyün masasına adətən ənginar qoyulur.

Bitkinin tərkibi A, K, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, fosfor, fol turşusu və liflərlə zəngindir. Ənginarın tərkibində olan sinarin çox güclü qaraciyərqoruyucudur. Orqanizmi detoks edir, toksinlərdən və zərərli maddələrdən təmizləyir.

Ənginarın ödqovucu (tərkibində sinarin qlikozidi və fenolkarbonat turşusu olduğuna görə), sidikqovucu, hipotenziv, qandurulaşdırıcı, temperatursalıcı, şiş əleyhinə, qocalma əleyhinə kimi təsirləri var.

Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar ənginarı mütəmadi şəkildə istifadə etməlidirlər. Bitki həmçinin dəmirlə də zəngindir, qanyaranmada iştirak edir və dəmir defisitini aradan qaldırır. Tərkibi cox sayda vitaminlərlə zəngin olduğu üçün immun sistemi gücləndirir , lipid və sidik-turşu mübadiləsini yaxşılaşdırır.

Bundan başqa bitki qanda xolesterinin səviyyəsini azaldır, antiaterosklerotik xüsusiyyəti də var.

Tərkibində olan P vitamini damar divarını möhkəmləndirir, keçiriciliyi azaldır, elastikliyini artırır. Bitki kalium və natriumla zəngin olduğundan qanın axım sürətini tənzimləyir, həmçinin Alts-Heymer xəstəliyini və insultu önləyir.

Ənginar maddələr mübadiləsini sürətləndirir , həzmi yaxşılaşdırır. Aşağı kalorili və az yağlılığa malikdir, arıqlamağa kömək edir. Bitki çox miqdarda bitki lifləri, maqnezium, sink, kalium, kalsium kimi minerallarla zəngindir, aclıq hissini dəf edir, insanda gün ərzində toxluq hissi yaradır.

Adətən ənginarı qida rasionuna daxil edən şəxslərdə bədənin gündəlik vitamin və minerala olan təlabatı ödənir, digər tərəfdən mədə-bağırsaq traktının hərəki fəallığını artırır.

Ənginar amin turşuları ilə zəngin olduğu üçün mədənin turşuluğunu tarazlıqda saxlamağa kömək edir, bağırsaqların işini yaxşılaşdırır, stulu normallaşdırır. Ürəkbulanma, qusma, qıcqırma, köpmə, qəbizlik zamanı yaxşı nəticə verir və antioksidant olduğu üçün xərçəng riskini azaldır. Qadınlarda süd vəzi, uşaqlıq boynu, kişilərdə isə prostat vəz xərçənginin qarşısını almaqda effektlidir.

Orqanizmdə hüceyrələrin yeniləməsini və hüceyrə divarının möhkəmlənməsini təmin edir, bu səbəbdən də erkən qocalmanın qarşısını alır.

Şəkərli diabet xəstələrində də ənginar köməkçi vasitə kimi faydalıdır. İnulin maddəsi hesabına orqanizmdə həzmi yavaş olan karbohidratın enerjiyə çevrilməsini təmin edir. Bunlardan əlavə ənginar sidik-ifrazat sisteminin funksiyasını yaxşılaşdırır, hətta böyrəkdə olan daşların düşməsini də təmin edir.

https://herba-flora. com/diger/%C9%99nginar/

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.