Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herbion İslandskaqo mxa 150 Ml Sirop

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-13373
İstehsalçı ölkə: Sloveniya
7,26 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Dərman, vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman tərkibi

Təsiredici maddələr: 1 ml şərbətin tərkibində 6 mq islandiya mamırının qatı ekstraktı (Cetraria islandica (L.) Acharius s.l., thallus) vardır, bu isə 96-108 mq islandiya mamırına ekvivalentdir. Ekstraksion həlledici: su.

İstifadəsinə göstərişlər

Herbion islandiya mamırının şərbəti bitki mənşəli preparat olub aşağıdakı hallarda tövsiyə olunur:

- quru, qıcıqlandırıcı öskürək;

- yuxarı tənəffüs yollarının yüngül iltihabı və ağız-udlağın selikli qişasının qıcıqlanması, o cümlədən xırıltı və boğazda ağrı zamanı.

- Səs tellərinin çox yorulması. İslandiya mamırının ekstraktının tərkibində çoxlu miqdarda suda həll olan seliklər var ki, bunlar da ağız boşluğu və udlağın selikli qişasını bürüyür, qoruyur və nəmləndirir və qıcıqlanmanı və quru öskürəyi azaldır.

Əks göstərişlər

Preparatın təsiredici və ya köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə islandiya mamırı ekstraktının istifadəsi üzrə kifayət qədər klinik məlumatların olmaması ilə əlaqədar olaraq hamiləlik və laktasiya dövründə şərbətin istifadə edilməsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Herbion islandiya mamırının şərbəti preparatının nəqliyyat vasitələrini idarəetmə və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən texniki avadanlıqlarla işləmə qabiliyyətinə təsiri barədə məlumatlar yoxdur.

Dərman istifadə qaydası və dozası

Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr: 15 ml şərbət gündə 4 dəfə (gündə 360 mq quru islandiya mamırı ekstraktına uyğundur) daxilə qəbul edilir; 10 yaşdan 16 yaşa qədər uşaqlar: 10 ml şərbət gündə 4 dəfə (gündə 240 mq quru islandiya mamırı ekstraktına uyğundur); 4 yaşdan 10 yaşa qədər uşaqlar: 5 ml şərbət gündə 4 dəfə (gündə 120 mq quru islandiya mamırı ekstraktına uyğundur); 1 yaşdan 4 yaşa qədər uşaqlar: 2,5 ml şərbət gündə 4 dəfə (gündə 60 mq quru islandiya mamırı ekstraktına uyğundur); Herbion islandiya mamırı şərbəti preparatının qəbulundan dərhal sonra qida və ya içki qəbul edilməsi məsləhət görülmür, belə ki, bu şərbətin ağız boşluğu və udlağın selikli qişasından çox tez kənar olunmasına səbəb ola bilər. Herbion islandiya mamırı şərbəti preparatı ilə müalicə zamanı çay və ya digər ilıq içkilər şəklində bol maye qəbulu məsləhət görülür, lakin onları preparatın istifadəsindən dərhal sonra qəbul etmək olmaz. Preparatın qəbul kursu xəstəliyin xüsusiyyətlərindən və ağırlığından asılıdır və uzunmüddətli fasiləsiz dövr ərzində davam edə bilər. Xəstəliyin simptomları itdikdən sonra bir neçə gün ərzində preparatın qəbuluna davam edilməsi məsləhət görülür. İstifadədən əvvəl flakonu çalxalayın!

Prepared by  T-Soft E-Commerce.