Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Ingalipt 20 ml Sprey

Код продукта : 111-90226
İstehsalçı ölkə: Moldova
2,57 AZN
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

İNHALİPT FLUMED, orofaringeal sprey

İNHALİPT FLUMED tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,025 mq həll olan sulfanilamid (streptosid), 0,025 mq sulfatiazol (norsulfazol) natrium vardır.

İstifadəsinə göstərişlər

Tonzillit, laringit, aftoz və xoralı stomatit və ağız boşluğunun selikli qişasının digər patoloji iltihabi prosesləri.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; - hamiləlik və laktasiya dövrü; - 3 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdıqda, dərman vasitəsini qəbul etməzdən əvvəl həkimə və ya əczaçıya müraciət etməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir. Dərman vasitəsinin tərkibində etanol vardır, bu səbəbə görə preparatın istifadəsi alkoqol testinin nəticəsini təhrif edə bilər.

İNHALİPT FLUMED istifadə qaydası və dozası

Bu dərman vasitəsini həmişə həkim və ya əczaçının təyinatı üzrə istifadə etmək lazımdır. Əminlik olmadıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Yerli istifadə edilir. Qoruyucu qapaq flakondan çıxardılır.

Püskürdücünün sərbəst ucu ağız boşluğuna yerləşdirilir və flakonun qapağına 1-2 saniyə ərzində basılır. Preparat böyüklərdə gündə 3-4 dəfə, uşaqlarda 1-2 dəfə, qida qəbulundan sonra və ya qida arasındakı vaxt ərzində istifadə edilir. Dərman vasitəsinin istifadəsi zamanı flakonu şaquli istiqamətdə tutmaq lazımdır. İnhalipt Flumed preparatının istifadəsi unudulduqda Preparatın istifadəsinin ötürülməsi pasiyent üçün təhlükə törətmir.

Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. İnhalipt Flumed preparatının istifadəsini dayandırıldıqda Müalicəni özbaşına saxlamaq olmaz. Müalicəni dayandırmadan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Bu dərman vasitəsinə aid hər hansı sual yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.