Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 3500 BV neomisin sulfat, 6000 BV polimiksin B sulfat, 1 mq deksametazon vardır.
İoldeks göz damcısı, göbələk və ya virus infeksiyası istisna edildikdən sonra kortikosteroid müalicəsinə uyğun, bakterial infeksiya və ya onun riski olan göz iltihabı xəstəliklərinin qısamüddətli müalicəsində istifadə olunur.
- Neomisinə, polimiksin B, deksametazona və ya preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq (“Tərkibi” bölməsində sadalanan); - Herpes simplex törədicinin yaratdığı keratit (virus tərəfindən törədilən və gözün buynuz qişasını zədələyən göz herpesi); - Varicella və digər virus göz xəstəlikləri; - gözün göbələk xəstəliyi. - gözün mikobakterial infeksiyası; - gözün müalicə edilməmiş irinli infeksiyaları.
Əgər siz hamiləsiniz və ya körpəni ana südü ilə qidalandırırsınız, yaxud hamilə ola biləcəyinizi ehtimal edirsiniz və ya hamiləliyi planlaşdırırsınız, bu dərman preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə preparat istifadə edilməməlidir.
İoldeks göz damcısını istifadə etdikdən dərhal sonra bulanıq görmə yarana bilər. Preparatın istifadəsindən sonra nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən əvvəl görmə qabiliyyətinin bərpasını gözləmək tövsiyyə olunur.
Preparatı həmişə həkimin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkimə və ya əczaçıya müraciət edin. İoldeks göz damcısı yalnız göz üçün istifadə edilir. Yeniyetmələr və böyüklər (65 yaşdan yuxarı yaşlılar daxil olmaqla) Yüngül hallarda preparatın dozası: 1-2 damcı zədələnmiş gözün/ gözlərin konyunktival kisəsinə gündə 4-6 dəfə.
Daha ağır hallarda, preparat hər saat 1-2 damcı, tədricən dozanı azaldaraq, iltihab prosesi yox olana qədər istifadə olunur. Qaraciyər və ya böyrək problemləri olan pasiyentlər İoldeks göz damcısı qaraciyər və ya böyrək problemləri olan pasiyentlərdə istifadə edilə bilər. Uşaqlar Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi təsdiq olnmayıb, bu səbəbdən bu yaş qrupunda pasiyentlərdə istifadəsi tövsiyə edilmir. İstifadə qaydası 1.
İoldeks göz damcısını və güzgü götürün. 2. Əllərinizi yuyun. 3.
Flakonu yaxşı silkələyin. 4. Qapağı çıxarın. 5.
Flakonu aşağıya doğru, baş barmağınızla orta barmağınız arasında saxlayın. (Şəkil 1). 6. Başınızı arxaya əyin və alt göz qapağını aşağı çəkin.
Göz qapağı və göz arasında “cib” əmələ gəlir. Damcı tam olaraq ora düşməlidir (Şəkil 2). 7. Flakonun damcıladıcı ucunu gözə yaxınlaşdırın.
Kömək üçün güzgü istifadə edə bilərsiz. 8. Damcısalanın gözə, göz qapağına və ya digər səthlərə toxunmaması üçün ehtiyatlı olun. Bu, preparatı çirkləndirə bilər.
9. İoldeks preparatını damızdırmaq üçün barmağınızı flakonun altından yavaş basın (Şəkil 3). 10. Preparatı damızdırdıqdan sonra, aşağı göz qapağını buraxın, gözünüzü bağlayın və barmağınızı burun göz küncünə qoyun və yavaş sıxın (Şəkil 4).
Bu, preparatın bədənin digər hissələrinə keçməsinin qarşısını alır. 11. Preparatı hər iki gözə istifadə edildikdə, digər göz üçün yuxarıda göstərilən addımları təkrarlayın və başlamazdan əvvəl əlləri yuyun. Bu, mümkün infeksiyanın bir gözdən digərinə ötürülməsinin qarşısını alır.
12. Qapağı qoyun və istifadədən dərhal sonra flakonu bağlayın. 13. Yalnız bir flakonu istifadə edin.
Damcı gözə düşmədikdə, yenidən cəhd edin. Preparatın istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Yadınıza düşdükdə dozanı qəbul edin. Növbəti dozanın qəbul vaxtı yaxınlaşdıqda, preparat öz vaxtında qəbul edilməlidir.
Digər göz prepatlarını (göz damcıları və ya göz məlhəmləri) istifadə etdikdə,hər instillyasiya arasında ən azı 5 dəqiqə olmalıdır və göz məlhəmi axırıncı istifadə olunmalıdır. Bu dərman preparatının istifadəsi ilə bağlı digər suallarınız yarandıqda, həkim, əczaçı və ya tibb baçısı ilə məsləhətləşin.