Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

IRS 19 0,4327MG 20ML AER

Məhsul Kodu : 111-05751
İstehsalçı ölkə: Fransa
16,16 AZN
Daha çox Burun və boğaz
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

“İRS, 19” nazal sprey

“İRS tərkibi

Təsiredici maddə: 100 ml spreyin tərkibində vardır: Bakteriya lizatları *.....................43,27 ml * Bakteriya lizatlarının tərkibi: Streptococcus pneumoniae, type I.................................................................................... 1,11 ml Streptococcus pneumoniae, type II................................................................................... 1,11 ml Streptococcus pneumoniae, type III.................................................................................. 1,11 ml Streptococcus pneumoniae, type V...................................................................................

1,11 ml Streptococcus pneumoniae, type VIII............................................................................... 1,11 ml Streptococcus pneumoniae, type XII................................................................................ 1,11 ml Haemophilus influenzae, type B....................................................................................... 3,33 ml Klebsiella pneumoniae ss pneumoniae.............................................................................

6,66 ml Staphylococcus aureus ss aureus...................................................................................... 9,99 ml Acinetobacter calcoaceticus.............................................................................................. 3,33 ml Moraxella catarrhalis......................................................................................................... 2,22 ml Neisseria subflava.............................................................................................................

2,22 ml Neisseria perflava.............................................................................................................. 2,22 ml Streptococcus pyogenes group A...................................................................................... 1,66 ml Streptococcus dysgalactiae group C................................................................................. 1,66 ml Enterococcus faecium.......................................................................................................

0,83 ml Enterococcus faecalis....................................................................................................... 0,83 ml Streptococcus group G......................................................................................................1,66 ml

İstifadəsinə göstərişlər

• Yuxarı tənəffüs yollarının və bronxların xronik xəstəliklərinin profilaktikası. • Yuxarı tənəffüs yollarının və bronxların rinit, sinusit, laringit, faringit, tonzillit, traxeit, bronxit kimi kəskin və xronik xəstəliklərinin müalicəsi. • Qrip və digər virus infeksiyalarından sonra yerli immunitetin bərpası. • LOR orqanlara planlaşdırılan cərrahi müdaxiləyə hazırlıq və əməliyyatdan sonrakı dövr.

“İRS® 19” preparatını böyüklərə və yaşı üç aylıqdan çox olan uşaqlara təyin etmək olar.

Əks göstərişlər

• Anamnezdə preparata və ya onun hər hansı komponentinə qarşı yüksək həssaslıq. • “İRS® 19” preparatını autoimmun xəstəliklərindən əziyyət çəkən pasiyentlərə təyin etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə dölə və ya südəmər uşağa potensial teratogen və ya toksik təsiri barədə kifayət qədər məlumat yoxdur, buna görə də hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

“İRS® 19” preparatının qəbulu avtomobil, habelə digər maşın və mexanizmlərin idarə olunması ilə bağlı olan psixomotor funksiyalara təsir etmir.

“İRS istifadə qaydası və dozası

Preparat 1 dozanın (1 doza = püskürdücünün 1 dəfə qısa sıxılması) aerozol yeridilməsi ilə burun boşluğuna daxil edilir. Böyüklər və 3 aylıqdan böyük uşaqların profilaktikası üçün İki həftə ərzində gündə iki dəfə hər burun dəliyinə 1 doza (müalicə kursuna xəstəliyin gözlənilən inkişafından 2-3 həftə əvvəl başlamaq tövsiyə olunur). Yuxarı tənəffüs yolları və bronxların kəskin və xroniki xəstəliklərinin müalicəsi üçün - 3 aylıq – 3 yaşa qədər olan uşaqlara gündə iki dəfə hər burun dəliyinə bir dozada, seliyin ilkin ifrazından sonra infeksiya simptomlarının yox olmasına qədər. - 3 yaşdan böyük uşaqlar və böyüklərə gündə 2-5 dəfə hər burun dəliyinə bir dozada, infeksiya simptomlarının yox olmasına qədər.

Uşaqlar və böyüklərdə qrip və digər respirator virus infeksiyalarından sonra yerli immunitetin bərpası üçün iki həftə ərzində gündə iki dəfə hər burun dəliyinə 1 doza. Planlaşdırılan cərrahi müdaxiləyə hazırlıq və əməliyyatdan sonrakı dövrdə uşaqlar və böyüklərə iki həftə ərzində gündə iki dəfə hər burun dəliyinə 1 doza (müalicə kursuna planlaşdırılan cərrahi müdaxilədən 1 həftə əvvəl başlamaq tövsiyə olunur). Müalicənin başlanğıcında asqırıq və burun axıntılarının artması kimi reaksiyalar baş verə bilər. Bir qayda olaraq, bu cür reaksiyalar qısamüddətli xarakter daşıyırlar.

Əgər bu reaksiyalar ağırlaşarsa, preparatın yeridilmə tezliyini azaltmaq və ya istifadəsini dayandırmaq lazımdır. Diqqət! Sprey yalnız aşağıdakı hallarda düzgün işləyir. -Başlığı flakona taxın, mərkəzə doğru hərəkət etdirin və zəif, güc sərf etmədən sıxın.

Sprey artıq istifadəyə hazırdır. -Preparatın püskürdülməsi zamanı flakonu şaquli istiqamətdə tutun və başınızı əyməyin. -Əgər püskürtmə zamanı flakonu əysəniz, maddə bir neçə saniyə ərzində axacaq və sprey yararsız olacaq. -Preparatdan müntəzəm istifadə zamanı başlığı çıxarmaq tövsiyə olunmur.

Preparat uzun müddət istifadə olunmadıqda, maye damcıları buxarlana raq yaranan kristallar başlığın çıxış dəliyini tuta bilər. Bu cür hallar adətən başlığın çıxarılaraq (yuyulub qurudulmadan) flakonun yanında başı aşağı vəziyyətdə qablaşdırmaya qoyulması nəticəsində baş verir. Əgər başlıq tutulubsa, mayenin əlavə təzyiq altında keçə bilməsi üçün başlığı bir neçə dəfə sıxın. Heç bir nəticə əldə olunmadıqda isə, başlığı bir neçə dəqiqə isti suda saxlayın.

Prepared by  T-Soft E-Commerce.