Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 100 mq islandiya mamırının sulu ekstrakti (2-4:1) vardır. Köməkçi maddələr:kristallaşmayan sorbit məhlulu 70% (E 420), aspartam (E 951), аksiya (ərəbistan kitrəsi), istiotlu nanə yağı, suda həll olan xlorofillin (E 141), yüngül duru parafin, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Boğazın infeksion-iltihabi xəstəlikləri: faringit, laringit, o cümlədən, allergik mənşəli (quru, qıcıqlandırıcı öskürək, xırıltılı səs); kəskin və xroniki bronxit və bronxial astma zamanı kompleks terapiyada quru öskürəyin simptomatik terapiyası. Səs tellərində yüksək gərginlik (müğənnilərdə, müəllimlərdə, lektorlarda). Ağız boşluğunun və boğazın selikli qişalarının quruluğu və qıcıqlanması (otaqlarda qızdırılma dövründə quru, kifayət qədər nəm olmayan havanın udulması, kondisionerlə təchiz olunmuş otaqlarda, məhdud burun nəfəsalması zamanı, eləcə də, idman müsabiqələri zamanı).
Əks göstərişlər:
Fenilketonuriya olduqda, preparatın tərkibində aspartamın şirin maddəsinin olduğunu nəzərə almaq lazımdır. Fruktozaya qarşı dözümsüzlük zamanı təyin etmək olmaz. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq zamanı təyin etmək olmaz.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4-12 yaşlı uşaqlara hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) ağızda tədricən həll olmaqla təyin edilir. İsla-Mint dərman vasitəsinin çarpaz keçiriciliyini nəzərə alaraq, onu heç bir təhlükə olmadan uzun müddət istifadə etmək olar. Bundan başqa, hətta xəstəliyin simptomları itdikdə belə, İsla-Minti davamlı terapevtik effekt əldə etmək məqsədilə bir neçə gün ərzində qəbul etmək lazımdır. 4-5 gün ərzində xəstəliyin davamlı simptomları azalmazsa və ya əksinə pisləşərsə, təngnəfəslik, qızdırma, eləcə də, irinli və qanlı bəlğəm zamanı həkimlə məsləhətləşmək vacibdir.