Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 pastilin tərkibində 80 mq island mamırının sulu ekstraktı (0,4 – 0,8:1) vardır. Köməkçi maddələr: akasiya (qummiarabik), saxaroza, yüngül parafin məhlulu, karamel E150c, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Boğazın infeksion-iltihabi xəstəlikləri: faringit, laringit, o cümlədən, allergik mənşəli laringit (quru, qıcıqlandırıcı öskürək, xırıltılı səs); kəskin və xroniki bronxitlərdə və bronxial astma zamanı meydana çıxan quru öskürəyin simptomatik müalicəsi – kompleks müalicənin tərkibində; səs tellərinin həddindən artıq yüklənməsi (müğənnilərdə, müəllimlərdə, lektorlarda). Ağız boşluğu və udlaq nahiyəsinin selikli qişalarında quruluq və qıcıqlanma (istilik dövründə evlərdə və kondisionerlə təchiz edilmiş otaqlarda mövcud olan quru, kifayət qədər nəmləndirilməmiş hava ilə nəfəs alma, burun ilə tənəffüs məhdud olan hallarda, eləcə də, idman yarışları zamanı).
Əks göstərişlər:
Preparatın tərkibində olan istənilən inqrediyentə qarşı hiperhəssaslıq qeyd olunduqda, preparatı təyin etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Digər dərman preparatları kimi, hamiləlik və laktasiya dövründə İsla-Moos preparatını yalnız, əvvəlcədən həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – hər saatda 1 pastil (gündə 12 pastilə qədər), 4 yaşdan 12 yaşa qədər uşaqlara – hər 2 saatdan bir 1 pastil (gündə 6 pastilə qədər) – pastillər ağız boşluğunda tədricən əriməlidir. İsla-Moos dərman preparatının pasiyentlər tərəfindən yaxşı keçirilməsini nəzərə alaraq, preparatı heç bir təhlükə olmadan uzun müddət ərzində istifadə etmək olar. Bundan əlavə, hətta xəstəlik əlamətləri aradan qalxdıqdan sonra belə, davamlı terapevtik effektin əldə edilməsi məqsədi ilə İsla-Moos preparatını bir neçə gün ərzində istifadə etmək olar. Xəstəliyin davamlı simptomları 4-5 gün müddətində azalmadıqda və ya əksinə, pisləşdiyi halda, təngnəfəslik, qızdırma meydana çıxdıqda, eləcə də, irinli və qanlı bəlğəm qeyd olunduğu halda, dərhal həkimlə məsləhətləşmək lazımdır.