Добавить в любимое
Делиться

Kameton 20 ml Aerazol

Код продукта : 111-16112
İstehsalçı ölkə : Moldova
0 Комментарий Комментарий
3,16 AZN
КоллекцияЦена сигнализации

KAMETON, aerozol

KAMETON tərkibi

Təsiredici maddə: 1 balonda 0,1 q xlorobutanol hemihidrat (100% susuz maddə hesabı ilə), 0,1 q rasemik kamfora, 0,1 q mentol vardır.

İstifadəsinə göstərişlər

Boğazın və burunun kəskin və xroniki infeksion-iltihabi xəstəliklərinin (əsasən, kəskinləşmə dövründə) yerli müalicəsi: tonzillit, faringit, laringit, rinit.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 5 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin əks göstəriş olması nəzərdə tutulmayıb, lakin bu dövrlərdə preparatı həkim təyinatı ilə istifadə etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

KAMETON istifadə qaydası və dozası

Böyüklərdə və 5 yaşdan böyük uşaqlarda istifadə edilir. Preparat selikli qişaya yerli və boğazın və burunun zədələnmiş nahiyəsinə istifadə edilir. Böyüklərdə və 15 yaşdan yuxarı uşaqlarda preparatın birdəfəlik dozası boğaza 2-3 püskürtmə və hər burun dəliyinə 1-2 püskürtmə, 5-12 yaşlı uşaqlarda boğaza 1-2 püskürtmə və hər burun dəliyinə 1 püskürtmə, 12-15 yaşlı uşaqlarda boğaza 2 püskürtmə və hər burun dəliyinə 1 püskürtmə təşkil edir. Preparat sutkada 3-4 dəfə istifadə edilir.

Müalicə müddəti həkim tərəfindən fərdi təyin edilir və terapiyanın intensivliyindən asılıdır (adətən 3-10 sutka təşkil edir). Preparatı 2 həftədən artıq istifadə etmək olmaz. Balondan istifadə qaydası 1. Püskürdücünü klapanın ştokuna taxmaq lazımdır.

2. Püskürdücüdən qoruyucu qapaq çıxardılır. 3. Püskürdücünün sərbəst ucu burun boşluğuna 0,5 sm dərinliyə yerləşdirib və ya boğazın zədələnmiş nahiyəsinə istiqamətləndirib püsükürdücüyə basmaq lazımdır.

Buruna püskürtmə zamanı balonu çevirmək olmaz. 4. Püskürtməni bitirdikdən sonra çirklənmənin qarşısını almaq məqsədilə püskürdücünü qoruyucu qapaqla bağlamaq lazımdır.

Фильтры продуктов
Код продукта поставщика:111-16112
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce