KAMFORA SPİRTİ, 10% xaricə istifadə üçün spirtli məhlul
KAMFORA SPİRTİ tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 10 q kamfora vardır.
İstifadəsinə göstərişlər
Sürtmə şəklində və yataq yaralarının qarşısını almaq üçün istifadə olunur. Artrit, miozit.
Əks göstərişlər
• Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Epilepsiya və qıcolma reaksiyalarına meyllilik. • Açıq yaralar və nekrotik dəri xəstəlikləri.
KAMFORA SPİRTİ istifadə qaydası və dozası
Xaricə sürtmə və kompress şəklində istifadə olunur.