Sevimlilərə əlavə edin
Paylaşın

Kapsador 0, 075% 45 Q Krem

Məhsul Kodu : 111-28328
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
14,47 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Kapsador, 0,075% krem

Kapsador tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibinə 0,75 mq kapsaisin vardır.

Əks göstərişlər 

• Kapsaisinə və ya Kapsador kreminin tərkibinə daxil olan hər hansı bir köməkçi maddəyə qarşı yüksəlmiş həssaslıq; 
• Qıcıqlanmış və ya zədələnmiş dəri üzərinə istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik kateqoriyası: C. 
Reproduktiv dövrdə olan qadınlar/Doğuşa nəzarət (kontrasepsiya) 
Reproduktiv qabiliyyətə malik qadınlarda istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. 
Hamiləlik dövrü  
Hamiləlik zamanı heyvanlar üzərində preparatın təsiri haqqında tədqiqatlar kifayət qədər deyil.   İnsanlar üçün potensial risk məlum deyil.  
Hamiləlik və ya laktasiya dövründə kapsaisinin təhlükəsizliyi nə insanlarda, nə də heyvanlarda müəyyən edilməmişdir.  
Bununla belə, preparatın trasdermal yol ilə istifadəsi zamanı qana az miqdarda sorulduğu üçün kapsaisinin insanlarda hər hansı bir əlavə təsirə səbəb olma ehtimalı azdır. 
Laktasiya dövrü  
Həkim nəzarəti altında istifadə olunmalıdır.                                                                         Reproduktiv qabiliyyət/Fertillik  
Kapsaisinin reproduktiv qabiliyyətə və fertilliyə təsiri müəyyən olunmamışdır.

İstifadə qaydası və dozası 

Kapsador krem zədənməmiş dəridə yerli tətbiq olunur.  
İstifadə rejimi  
Gündə 3 və ya 4 dəfə istifadə olunur.  
İstifadə üsulu 
Krem az miqdarda (noxud ölçüsü qədər) ağrı nahiyəsinə tətbiq olunur; dəri səthinə tamamilə sorulanadək masaj qapağı vasitəsilə yavaş-yavaş yeridilməlidir. Əllər Kapsador kreminin istifadəsindən sonra dərhal yuyulmalıdır. Kremin gözətrafi hahiyəyə tətbiq edilməməlidir. 
Ağrılı diabetik periferik polineyropatiyanın simptomatik müalicəsində krem yalnız həkim
mütəxəssisin məsləhəti ilə və tibbi nəzarət altında istifadə etməlidirlər. 
İstifadə tezliyi və müalicə müddəti 
Krem ağrılı nahiyəyə gündə 3 və ya 4 dəfə tətbiq olunmalıdır. Krem xəstənin oyaq saatlarında fasilələr 4 saatdan çox olmadan bərabər dövrlərlə istifadə edilməlidir.  
Ağrılı diabetik periferik polinevropatiyanın müalicəsində 8 həftədən artıq müddətdə istifadəsinə dair hər hansı bir klinik dəlil olmadığından ilk mərhələdə tövsiyə olunan istifadə müddəti 8 həftədir. Göstərilmiş müddətdən sonra müalicənin davam etməsinə ehtiyac olduqda növbəti mərhələyə keçməzdən əvvəl xəstənin klinik vəziyyəti tamamən qiymətləndirilməli və yalnız bundan sonra tibbi nəzarət və vaxtaşırı klinik qiymətləndirilmə şərti ilə müalicə davam edilə bilər. 

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28328

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce