Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kaptopril 25 mq N40 tb

Məhsul Kodu : 111-00380
İstehsalçı ölkə: Polsa
3,14 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KAPTOPRİL,tabletlər

KAPTOPRİL tərkibi

KAPTOPRİL tərkibi, 1 tabletin tərkibində 12,5 mq, 25 mq və ya 50 mq kaptopril vardır

Kaptopril,istifadəsinə göstərişlər

Arterial hipertenziya, xroniki ürək çatışmazlığı, kəskin miokard infarktı sonrası klinik stabil xəstələrdə istifadəsi, keçirilmiş infarktdan sonra simptomsuz sol mədəcik disfunksiyası, və I tip şəkərli diabet fonunda proteinuriyalı diabetik nefropatiya hallarında istifadə olunur.

Əks göstərişlər

Kaptoprilə və digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq, angionevrotik ödem, ağır qaraciyər və böyrək çatışmazlığı, böyrək arteriyalarının ikitərəfli stenozu, refrakter hiperkaliemiya, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər uşaqlarda istifadəsi, laktoza intoleransı və qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi qəti şəkildə əks göstərişdir. Hamiləliyin II və III trimestrində fetotoksik və neonatal toksik təsirlərə səbəb ola bilər. Hamiləlik baş verdikdə preparat dərhal dayandırılmalı və döl mütəmadi olaraq monitorinq olunmalıdır. Laktasiya dövründə kaptoprilin az miqdarı südə keçdiyi üçün istifadə tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Daxilə, yeməkdən 1 saat əvvəl qəbul edilməlidir. Doza pasiyentin vəziyyətinə uyğun fərdi seçilir. Arterial hipertenziyada başlanğıc doza 2x12,5 mq, maksimum 150 mq. Ürək çatışmazlığında 6,25–12,5 mq başlanğıc doza ilə başlayaraq, 75–150 mq dəstəkləyici doza tətbiq olunur. Miokard infarktından sonra 6,25 mq-dan başlanaraq, 100–150 mq dozaya qədər artırılır. Diabetik nefropatiyada gündə 75–100 mq. Doza artırılması tədricən və həkim nəzarətində aparılmalıdır.

Prepared by  T-Soft E-Commerce.