Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KARDILOPIN 5MG N30 TB

Məhsul Kodu : 111-00441
İstehsalçı ölkə: Macaristan
2,54 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KARDİLOPİN, 2,5 mq; 5 mq; 10 mq tabletlər

KARDİLOPİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq amlodipinə müvafiq 3,475 mq amlodipin besilat vardır.

İstifadəsinə göstərişlər

˗ Arterial hipertenziyanın müalicəsi, ˗ stabil xronik stenokardiya, ˗ vazospastik stenokardiya (Prinsmetal).

Əks göstərişlər

Amlodipinin istifadəsi aşağıdakı hallarda əks göstərişdir: ˗ amlodipinə, dihidropiridinlərə və/və ya “Tərkibi” bölməsində sadalanan hər hansı köməkçi maddəyə qarşı məlum hiperhəssaslıq; ˗ ağır hipotenziya; ˗ şok (kardiogen şok daxil olmaqla); ˗ sol mədəcikdən qanın atılmasına maneə (klinik əhəmiyyətli aorta stenozu); ˗ miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-sabit ürək çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İnsanlarda hamiləlik zamanı amlodipinin təhlükəsizliyi müəyyən edilməmişdir. Amlodipinin yüksək dozalarda istifadəsi zamanı (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın) heyvanlarda reproduktiv toksiklik müşahidə edilmişdir. Amlodipin, hamilə qadınlara yalnız müalicə tamamilə zəruri olduqda və daha təhlükəsiz alternativ preparat olmadıqda və ya həm ana, həm də döl üçün risk müalicə riskindən üstün olduqda təyin edilə bilər. Laktasiya Amlodipin insanlarda ana südünə keçir.

Uşağın orqanizmində ananın qəbul etdiyi dozanın maksimum 15%-i müəyyən edilir (interkvartil interval 3-7%). Amlodipinin körpənin orqanizminə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanın davam etdirilməsi/dayandırılması və amlodipinlə müalicənin davam etdirilməsi/dayandırılması qərarı ana südü ilə qidalandırmanın uşaq üçün faydalarının və ana üçün amlodipin terapiyasının faydalarının təhlilinə əsaslanmalıdır. Fertillik Kalsium kanallarının blokatorlarını qəbul ədən bəzi pasiyentlərdə spermatozoidlərin başlarında geridönən biokimyəvi dəyişikliklər müşahidə edilmişdir.

Amlodipinin reproduktiv qabiliyyətə mümkün təsirini qiymətləndirmək üçün klinik məlumatlar kifayət deyil. Bir eksperimental tədqiqatda amlodipinin erkək siçovulların fertilliyinə təsiri qeyd olunmuşdur (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Amlodipin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir göstərə bilər; bu təsir adətən cüzi və ya orta dərəcəlidir. Amlodipin qəbul edən pasiyentdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma yaranadıqda, onların reaksiya qabiliyyəti pisləşə bilər. Xüsusilə müalicənin başlanğıcında ehtiyatlı olmaq lazımdır.

KARDİLOPİN istifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Hipertoniya və stenokardiya zamanı, adətən, tövsiyə olunan başlanğıc doza gündə 5 mq təşkil edir, məsləhətdir ki doza günün eyni vaxtında qəbul olunsun. Klinik cavabdan asılı olaraq, doza gündə 10 mq-a qədər artırıla bilər. Arterial hipertenziyası olan pasiyentlərdə Kardilopin preparatı tiazid diuretikləri, β-blokatorlar və angiotenzin çevirici fermentinin inhibitorları (AÇF inhibitorları) ilə eyni vaxtda istifadə edilir. Stenokardiya zamanı Kardilopin preparatı monoterapiya şəklində və ya nitratlarla və ya adekvat dozada beta-blokatorlarla müalicəyə cavab verməyən pasiyentlərdə digər antianginal preparatlarla kombinasiyada istifadə edilə bilər.

Amlodipin tiazid diuretiklər, beta blokatorlar və AÇF inhibitorları ilə birlikdə istifadə edildikdə, dozanın tənzimlənməsi tələb olunmur. Xüsusi pasiyentlər qrupları Yaşlı pasiyentlər Eyni dozalarda təyin olunan Kardilopin preparatı həm yaşlı, həm də gənc pasiyentlər tərəfindən yaxşı qəbul edilmişdir. Yaşlı pasiyentlərə adi dozalanma rejimi tövsiyə olunur, lakin dozaları artırarkən ehtiyatlı olmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının yüngül və ya orta dərəcəli pozğunluğu olan pasiyentlər üçün dozalanma üzrə tövsiyələr yoxdur.

Beləliklə, doza seçimində ehtiyatlı olmaq lazımdır. Müalicənin başlanqıcında ən aşağı doza təyin edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). Qaraciyər funksiyasının ağır pozğunluğu olan pasiyentlərdə amlodipinin farmakokinetikası öyrənilməmişdir. Qaraciyər funksiyasının ağır pozğunluğu olan pasiyentlərdə sonradan dozanın yavaş titrələnməsi ilə amlodipinlə müalicəyə ən aşağı dozalardan başlanmalıdır.

Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Amlodipinin plazma konsentrasiyasındakı dəyişikliklər böyrək funksiyasının pozğunluğunun dərəcəsi ilə əlaqəli deyil, bu səbəbdən adi dozalanma rejimi tövsiyə olunur. Amlodipin hemodializ zamanı xaric olunmur. 18 yaşdan kiçik uşaqlar və yeniyetmələr Arterial hipertenziyası olan 6 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələr 6 yaşdan 18 yaşa qədər uşaqlarda tövsiyə olunan ilkin antihipertenziv doza gündə bir dəfə 2,5 mq təşkil edir. 4 həftəlik müalicədən sonra hədəf qan təzyiqinə nail olunmadıqda, doza gündə bir dəfə 5 mq-a qədər artırıla bilər.

Uşaqlarda gündə 5 mq-dan çox olan dozalar öyrənilməmişdir (“Farmakodinamik xüsusiyyətləri” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). 6 yaşa qədər uşaqlar Məlumat yoxdur. İstifadə qaydası Tabletlər daxilə qəbul üçün nəzərdə tutulub. Tabletlər qida qəbulundan asılı olmayaraq günün eyni vaxtında bir stəkan su ilə qəbul edilməlidir.

Kardilopin preparatı qreypfrut şirəsi ilə qəbul edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.