Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kardio maqnil 150/30 39mq N100 tab (Alm)

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00322
İstehsalçı ölkə: Almaniya
10,70 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KARDİOMAQNİL, örtüklü tabletlər

KARDİOMAQNİL tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 75 mq və ya 150 mq asetilsalisil turşusu, 15,2 mq və

ya 30,39 mq maqnezium hidroksid vardır.

İstifadəsinə göstərişlər

Qeyri-stabil stenokardiya və stabil stenokardiya. Təkrar miokard infarktının profilaktikası. Əvvəl beyin qan dövranı pozuntusu keçirmiş pasiyentlərdə təkrar tranzitor işemik həmlənin (TİH) və təkrar işemik insultun profilaktikası. Əməliyyatdan və damarlarda invaziv müdaxilədən sonrakı trombotik ağırlaşmanın (aortokoronar şuntlama, yuxu arteriyasının endarterektomiyası, arteriya-venoz şuntlama, koronar arteriyaların angioplastikası və stent qoyulması, yuxu arteriyalarının angioplastikası kimi) profilaktikası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və digər QSİƏP-ə qarşı yüksək həssaslıq, baş beyində qansızma; qanaxmaya meyllilik (K vitamininin çatışmazlığı, trombositopeniya, hemorragik diatez); salisilatların və QSİƏP qəbulu ilə güclənən bronxial astma; burun və burunətrafı boşluğun polipozunu və SOQ-2 inhibitorları daxil olmaqla, asetilsalisil turşusunun və digər QSİƏP-ə qarşı dözümsüzlüyü residivləşdirən tam və ya natamam bronxial astma (o cümlədən, anamnezdə); mədə- bağırsaq sisteminin eroziv-xoralı zədələnməsi (kəskinləşmə fazasında); mədə-bağırsaq qanaxması; qaraciyər funksiyasının ağır pozuntusu; ağır böyrək çatışmazlığı (kreatininin klirensi 30 ml/dəqiqə); NYHA təsnifatı üzrə III-IV funksional sinfə malik xroniki ürək çatışmazlığı; hamiləlik (hamiləliyin I trimestri, 20 həftədən artıq dövrdə olan II trimestri və III trimestri); laktasiya dövrü; qlükoza-6- fosfatdehidrogenaza defisiti; metotreksatla (həftədə 15 mq-dan artıq) eyni vaxtda qəbulu; 18 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar asetilsalisil turşusunun reproduktiv toksikliyini nümayiş etdirmişdir. Hamiləliyin ilk 3 ayında yüksək dozada salisilatların istifadəsi, dölün inkişaf etməsində qüsurların tezliyinin yüksəlməsi ilə assosiasiya olunur. Hamiləliyin I trimestrində tərkibində asetilsalisil turşusu olan preparatların istifadəsi əks göstərişdir. Hamiləliyin II trimestrinin 20 həftəyə qədərki dövründə salisilatları, yalnız fayda/risk nisbəti ciddi qiymətləndirildikdən sonra

təyin etmək olar. Hamiləliyin 20-ci həftəsindən başlayaraq, su azlığı və və/və ya yenidoğulmuşlarda böyrək patologiyasının (neonatal böyrək disfunksiyası) mümkün inkişafı ilə əlaqədar qadınlara QSİƏP qəbulu əks göstərişdir. Hamiləliyin son trimestrində salisilatların yüksək dozaları (300 mq/sutkadan artıq) doğuş fəaliyyətinin tormozlanmasına, döldə arterial kanalın vaxtından tez bağlanmasına, anada və döldə ciddi qanaxmaya, doğuşdan bilavasitə əvvəl təyini isə xüsusilə yarımçıq doğulmuş uşaqlarda kəllədaxili qanaxmaya səbəb olur. Laktasiya Salisilatlar və onların metabolitləri az miqdarda ana südünə nüfuz edir. Laktasiya dövründə preparatın istifadəsinin mümkün olub-olmamasını müəyyən edən əldə olan klinik məlumatlar kifayət qədər deyil. Laktasiya dövründə asetilsalisil turşusunun təyin edilməsindən əvvəl preparatla terapiyanın potensial faydasını südəmər uşaqlara potensial riskinin nisbətini qiymətləndirmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

AST preparatları ilə müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

KARDİOMAQNİL istifadə qaydası və dozası

Tabletlər bütöv şəkildə, su ilə udulur. İstənilən halda tableti yarıya bölmək, çeynəmək və ya əzmək olar. Qeyri-stabil və stabil stenokardiya Tərkibində 75-150 mq AST olan 1 tablet Kardiomaqnil sutkada 1 dəfə. Təkrar miokard infarktının profilaktikası Tərkibində 75-150 mq AST olan 1 tablet Kardiomaqnil sutkada 1 dəfə. Əvvəl beyin qan dövranı pozuntusu keçirmiş pasiyentlərdə təkrar tranzitor işemik həmlənin (TİH) və təkrar işemik insultun profilaktikası Tərkibində 75-150 mq AST olan 1 tablet Kardiomaqnil sutkada 1 dəfə. Əməliyyatdan və damarlarda invaziv müdaxilədən (aortokoronar şuntlama, yuxu arteriyalarının endarteriektomiya, arteriya-venoz şuntlama, koronar arteriyaların angioplasikası və stenti, yuxu arteriyalarının angioplastikası kimi) sonrakı trombotik ağırlaşmanın profilaktikası Tərkibində 75-150 mq AST olan 1 tablet Kardiomaqnil sutkada 1 dəfə. Xüsusi qrup pasiyentlər Böyrək funksiyası pozulmuş pasiyentlər Kardiomaqnil preparatı böyrək funksiyasının ağır pozuntusu olan pasiyentlərə əks göstərişdir. Böyrək funksiyası pozulmuş pasiyentlərdə Kardiomaqnil preparatını ehtiyatla istifadə etmək lazımdır, belə ki, asetilsalisil turşusu böyrək çatışmazlığı və kəskin böyrək çatışmazlığının inkişafı riskini artıra bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qaraciyər funksiyası pozulmuş pasiyentlər Kardiomaqnil preparatı qaraciyər funksiyasının ağır pozuntusu olan pasiyentlərdə əks göstərişdir. Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə Kardiomaqnil preparatını ehtiyatla istifadə etmək lazımdır. Uşaqlar 18 yaşa qədər uşaqlarda asetilsalisil turşusunun + (maqnezium hidroksid) preparatlarının istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Məlumat yoxdur. 18 yaşdan kiçik pasiyentlərdə Kardiomaqnil preparatının istifadəsi əks göstərişdir. Preparatı, yalnız təlimatda qeyd edilən göstərişlər, istifadə qaydası və dozalar üzrə qəbul etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.