Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda 500 mq meldonium dihidrat (tərkibində absorbsiya olunmuş rütubət yoxdur) – (401,05 mq susuz meldonium) vardır.
- Ürəyin işemik xəstəliklərinin (stenokardiya, miokard infarktı) kompleks müalicəsinin tərkibində; xroniki ürək çatışmazlığı, dishormonal kardiomiopatiya; - beyin qan dövranının k əskin pozğunluqlarının (işemik insult, serebrovaskulyar çatışmazlıq) kompleks müalicəsinin tərkibində; - iş qabiliyyətinin zəifləməsi; fiziki gərginliyin artması (o cümlədən idmançılarda); - xroniki alkoqolizmdən əziyyət çəkən xəstələrdə abstinensiya sindromu (spesifik müalicə ilə birgə); - hemoftalm və gözün torlu qişasının müxtəlif etiologiyalı qansızmalarında, torlu q işanın mərkəzi və perefirik damar trombozu, müxtəlif etiologiyalı retinopatiyalar (diabetik, hipertonik).
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; - kəllədaxili təzyiqin artması (venoz axının pozğunluqları zamanı və kəllədaxili şişlərdə); - 18 yaşadək uşaqlar (preparatın təhlükəsizliyi və effektivliyi təyin olunmamışdır). Qaraciyər və/və ya böyrək xəstəlikləri zamanı ehtiyyatla istifadə olunmalıdır.
Hamiləlik dövründə preparatın qəbulunun təhlükəsizliyi tədqiq olunmadığına görə dölə mümkün zərərli təsirlərin baş verməməsi üçün hamilə qadınlara preparatın təyini məsləhət görülmür. Ana südün ə nüfuz etməsi haqda məlumat yoxdur. Laktasiya dövründə Kardioteks-in qəbulu mütləq göstərişdirsə, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Preparatın psixomotor reaksiyaların sürətinə təsiri yoxdur.
Preparatın oyandırıcı təsirinin əmələ gəlmə ehtimalına gör ə Kardioteks günün birinci yarısı təyin edilməlidir. Ürək- damar xəstəlikləri Kompleks müalicədə – venadaxili 500mq-1q dozasında (venadaxili və parabulbar yeritmək üçün 5-10 ml məhlul 100mq/ml dozada) təyin edilir; doza birdəfəlik tam şəkildə və ya yarıya bölməklə iki d əfəyə yeridilir. Müalicə kursu 10-14 gün təşkil edir. Təkrar kurslar (adətən ildə 2-3 dəfə) həkim məsləhəti ilə tətbiq edilir.
Beyin qan dövranının pozğunluqları Beyin qan dövranının pozğunluqlarının kəskin fazasında –gündə 1 dəfə 500 mq olmaqla 10 gün ərzində venadaxili yeridilir (venadaxili və parabulbar yeritmək üçün 5 ml məhlul 100 mq/ml dozada). İş qabiliyyətinin zəifləməsi, fiziki gərginliyin artması (o cümlədən idmançılarda) Fiziki v ə əqli gərginlik zamanı (həmçinin idmançılarda) gündə 1 d əfə 500 mq venadaxili yeridilir (venadaxili və parabulbar yeritmək üçün 5 ml m əhlul 100 mq/ml dozada). Müalicə kursu – 10-14 gün təşkil edir. Xroniki alkoqolizm xəstələrində abstinensiya sindromu (spesifik müalicə ilə birgə) Abstinensiya sindromu zamanı 500 mq-dan gündə 2 dəfə venadaxili yeridilir (venadaxili və parabulbar yeritmək üçün 5 ml məhlul 100 mq/ml dozada).
Müalicə kursu – 10-14 gün təşkil edir. Göz patologiyaları Hemoftalm v ə gözün torlu q işasının müxtəlif etiologiyalı qansızmalarında, torlu q işanın m ərkəzi v ə perefirik damar trombozu, müxtəlif etiologiyalı retinopatiyalar (diabetik, hipertonik). Preparat parabulbar yolla gündə 1 dəfə 50 mq olmaqla 10 gün ərzində (venadaxili və parabulbar yeritmək üçün 0,5 ml məhlul 100mq/ml dozada) təyin edilir; o cümlədən kombinə edilmiş müalicənin tərkibində də təyin edilə bilər. Əlavə təsrirləri