Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq karvedilol vardır.
Karvedilola və ya prepartın tərkibində olan hər hansı digər komponentə qarşı allergiya
(“Tərkibi” bölməsinə baxın),
ürək funksiyasının ağır pozğunluğu (kardiogen şok),
proqressivləşən ürək çatışmazlığı (qeyri-stabil/dekompensasiya edilmiş ürək çatışmazlığı),
kəskin ağciyər emboliyası,
ürək koronar damarların daralması səbəbindən meydana gələn Prinsmetal stenokardiyası
adlanan sinə ağrısının qeyri-adi forması,
aşağı qan təzyiqi (sistolik qan təzyiqi 85 mmHg-dən aşağı),
ürək döyüntülərinin sayının azalması (dəqiqədə < 50 vurğu),
müalicə olunmamış ürək çatışmazlığı və ya ürək keçiriciliyinin əsas pozğunluğu (məsələn, II
ci və ya III-cü dərəcəli atrioventrikulyar (AV) blokada (kardiostimulyator olmadıqda)),
sino-atrial blokada daxil olmaqla sinus düyününün zəifliyi sindromu,
tənəffüs xəstəliyindən sonra yaranan ürək çatışmazlığı (“ağciyər ürəyi”),
bronxial astma və ya tənəffüs yollarının spazmatik daralmasına meyilli olan pasiyentlərdə
digər tənəffüs yollarının xəstəlikləri (məsələn, xroniki obstruktiv ağciyər xəstəliyi),
müalicə olunmamış feoxromositoma,
ağır qaraciyər xəstəliyi,
hiperasidoz (metabolik asidoz),
MAO B inhibitorlarından istisna olmaqla, digər MAO inhibitorları ilə eyni vaxtda müalicə,
verapamil, diltiazem və ya digər antiaritmik preparatlarının venadaxili istifadəsi,
laktasiya.
Əgər Siz hamiləsiniz və ya uşaq əmizdirirsiniz, hamilə ola biləcəyinizi güman edirsiniz və ya hamilə qalmağı planlaşdırırsınız, bu dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik
Müvafiq təcrübə olmadığı üçün, həkim preparatın qəbulunu vacib hesab etmədikdə, Karvedi-Denk 25 preparatı, hamiləlik dövründə qəbul edilməməlidir.
Beta-blokatorlarla müalicə gözlənilən doğuş tarixindən 72-48 saat əvvəl dayandırılmalıdır. Bu
mümkün deyilsə, yeni doğulmuş körpə ilk 48-72 saat izlənilməlidir.
Laktasiya
Karvedilolun ana südünə keçib-keçmədiyi məlum deyil, laktasiya zamanı Karvedi-Denk 25 preparatı istifadə edilməməlidir.
Preparatı həmişə həkimin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Karvedi-Denk 25 tableti iki bərabər hissəyə bölmək olar. Daha aşağı dozalara uyğun tabletlər də mövcuddur.
Preparat çeynəmədən, bütöv halda kifayət qədər maye ilə qəbul olunmalıdır. Karvedi-Denk 25 preparatının yemək zamanı qəbul edilməsi tövsiyə olunur. Bu zaman təsiredici maddənin sorulması daha yavaş baş verir və ayağa qalxdıqda başgicəllənmə riskinin (ortostatik təsir) azalmasına kömək edir.
Həkim tərəfindən başqa cür təyin edilmədikdə, aşağıdakı doza rejimləri tətbiq olunur.
Karvedilolun başlanğıc dozası ilk 14 gün ərzində səhər 3,125 mq və axşam 3,125 mq təşkil edir. Başlanğıc dozaya dözümlülük olduqda, doza ən azı 2 həftəlik intervallarla tədricən artırılmalıdır. Artırılma mərhələləri ardıcıl olaraq səhər və axşam 6,25 mq, daha sonra səhər və axşam 12,5 mq, sonda isə səhər və axşam 25 mq təşkil edir.
Hədəf doza pasiyentin dözümlülüyü olan ən yüksək doza olmalıdır. Maksimal doza səhər 25 mq və axşam 25 mq-dır. Yalnız ciddi tibbi nəzarət altında, bədən çəkisi 85 kq-dan yuxarı olan, yüngül və orta dərəcəli stabil xroniki ürək çatışmazlığı olan pasiyentlərdə doza gündə maksimum 2 × 50 mq-a qədər artırıla bilər.
Karvedi-Denk 25 preparatının dozası yalnız klinik vəziyyəti qənaətbəxş və stabil olan pasiyentlərdə artırılmalıdır. Bu o deməkdir ki, ürək çatışmazlığının ağırlaşması və ya klinik cəhətdən əhəmiyyətli əlavə təsirlər, məsələn qan təzyiqinin azalması və ya başgicəllənmə müşahidə olunmamalıdır. Həkim hər doza artımından əvvəl pasiyenti müayinə etməlidir (böyrək funksiyası, bədən çəkisi, qan təzyiqi, ürək döyüntüləri və ürək ritmi qiymətləndirilməlidir).
Karvedi-Denk 25 preparatının qəbulu zamanı ürək çatışmazlığının və ya əlavə təsirlərin pisləşməsi çox vaxt müvəqqəti xarakter daşıyır. Bu hallarda preparatın dozası müvəqqəti azaldıla və ya zərurət olduqda tam dayandırıla bilər. Dəstəkləyici doza ciddi tibbi nəzarət altında hər bir pasiyent üçün fərdi qaydada seçilməlidir. Uzunmüddətli müalicədə hər pasiyentin dözümlülüyü olan ən yüksək doza istifadə edilməlidir.
Əgər Karvedi-Denk 25 preparatı ilə müalicə 1 həftədən çox müddətə dayandırılarsa, müalicə yenidən daha aşağı doza ilə başlanmalıdır. Müalicə 2 həftədən çox müddətə dayandırıldıqda isə yenidən ilkin doza ilə başlanmalı və doza tədricən artırılmalıdır.
Xroniki ürək çatışmazlığı və böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə doza hər bir pasiyent üçün fərdi olaraq təyin edilir. Karvedilolun farmakokinetik xüsusiyyətlərinə əsasən, yalnız böyrək funksiyasının pozğunluğu səbəbindən dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Başlanğıc doza ilk 2 gün ərzində səhər 12,5 mq təşkil edir. Adi doza səhər 25 mq-dır. Zərurət olduqda doza ən azı 2 həftəlik intervallarla tədricən artırıla bilər və səhər 25 mq, axşam 25 mq olmaqla və ya səhər 50 mq şəklində tətbiq oluna bilər. Karvedilolun maksimal gündəlik dozası 50 mq-dır.
Başlanğıc doza ilk 2 gün ərzində səhər 12,5 mq və axşam 12,5 mq təşkil edir. Adi doza səhər 25 mq və axşam 25 mq-dır. Fərdi hallarda doza ən azı 2 həftəlik intervallarla tədricən artırılaraq səhər 50 mq və axşam 50 mq-a qədər yüksəldilə bilər.
Yuxarı qan təzyiqi olan yaşlı pasiyentlərdə tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 12,5 mq karvediloldur. Bir çox pasiyentlərdə bu doza uzunmüddətli müalicə zamanı da qan təzyiqini aşağı salmaq üçün kifayət edir. Effektsizlik halında doza ən azı 2 həftəlik intervallarla artırılaraq səhər və axşam 12,5 mq-dan səhər və axşam 25 mq-a qədər yüksəldilə bilər. Yaşlı pasiyentlər üçün maksimal doza səhər 25 mq və axşam 25 mq-dır.
Xroniki stabil stenokardiyası olan yaşlı pasiyentlərdə uzunmüddətli müalicə üçün tövsiyə olunan maksimal doza gündə 2 dəfə 25 mq karvediloldur.
Müalicə müddəti həkim tərəfindən təyin edilir. Karvedi-Denk 25 preparatı ilə müalicə adətən uzunmüddətli olur və birdən dayandırılmamalıdır. Müalicə 1–2 həftə ərzində tədricən azaldılaraq dayandırılmalıdır. Stenokardiyanın ağırlaşmasının qarşısını almaq üçün preparat dayandırılarkən əvəzedici müalicə təyin edilə bilər.
Əgər preparatın qəbulu unudularsa, növbəti dozanı adi vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul edilməməlidir.
Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişmək və ya qəbulu dayandırmaq olmaz. Karvedi-Denk 25 preparatı ilə müalicə birdən dayandırılmamalıdır. Zərurət olduqda həkim dozanı tədricən azaldaraq müalicəni dayandırmalıdır.
Bu dərman preparatının istifadəsi ilə bağlı əlavə suallar yarandıqda, həkim və ya əczaçı ilə məsləhətləşin.