Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 1 q sefazolin natrium vardır.
• Həssas mikroorqanizmlərin səbəb olduğu yuxarı və aşağı tənəff üs yollarının, LOR orqanların infeksiyaları. • Sidik-cinsiyyət sisteminin infeksiyaları. • Qastrointestinal infeksiyalar. • Dəri və yumşaq toxuma infeksiyaları.
• Sümük və oynaq infeksiyaları. • Bakterial endokardit. • Sepsis. • Peritonit.
• Cərrahi profilaktika. • Digər infeksiyalar.
Sefalosporinlərə və digər beta-laktam antibiotiklərə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi sübut olunmamışdır.
Dərman vasitəsinin əlavə təsirlərini nəzərə alaraq nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən zamanı diqqətli olmaq lazımdır.
KEFZOL-un m üalicə dozası və müddəti infeksiyanın gedişindən və lokalizasiyasından, mikroorqanizmlərin həssaslığından asılı olaraq fərdi təyin olunur. Böyüklər üçün günd əlik doza sutkada 2 dəfə 1q təşkil edi r. Maksimal sutkalıq doza 6 q -dır. Prep aratın yeridilmə sayı gündə 3-4 dəfəyə qaldırıla bilər.
Cərrahi əməliyyatlar zamanı və əməliyyatdan sonra profilaktik məqsəd üçün sefazolin əməliyyatdan 30 dəqiqə əvvəl 1q, əməliyyat zamanı 0,5-1q və əməliyyatdan sonra 6-8 saatdan bir 0,5-1q təyin olunur. Uşaqlar üçün sutkalıq doza 25-50 mq/kq/bədən kütləsi, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq sutkalıq doza 100 mq/kq/bədən kütləsinə qədər artırıla bilər. Müalicə müddəti 7-10 gündür. Böyrək funksiyası pozulmuş insanlarda sefazolinin dozası kreatinin klirensinin göstəricilərinə əsasən təyin olunur.
Kreatinin klirensi (ml/dəq) Zərdabda kreatinin (mq%) Sefazolinin dozası 55 <1,5 Dəyişmir 35-54 1,6-3,0 Adi doza hər 8 saatdan bir 11-34 3,1-4,5 1/2 doza hər 12 saatdan bir <10 >4,6 ½ doza hər 18-24 saatdan bir Əzələ daxilinə yerit mək məqsədilə preparat 4 -5 ml inyeksiya üçün suda, natrium xloridin i zotonik məhlulunda və ya 0,25-0,5% novokain məhlulunda həll edilir. Vena daxilinə yerit mək üçün 100 -250 ml natrium xloridin izotonik məhlulunda və ya 5% -li qlükoza məhlulunda həll edilir. Preparat vena daxilinə 20-30 dəqiqə ərzində yeridilir (dəqiqədə 60-80 damcı). Vena daxilinə şırnaqla yeritmək üçün preparat 10ml natrium xlo ridin izotonik məhlulunda həll edilir və 3 – 5 dəqiqə ərzində yavaş-yavaş yeridilir.